
Sərəncamdan üç ay keçdi
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Üç milyondan artıq vətəndaşın gözlədiyi artım
Rəsmi təkliflər bu həftə təqdim ediləcək
Birdəfəlik 1200 manat, aylıq 250 manat ödəniləcək şəxslər müəyyənləşdi
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 83 nömrəli Qərarında Bakı şəhərinin 1-ci mikrorayonunda "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun çoxmərtəbəli binaların tikilməsi və yenidən qurulması işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Sənədə əsasən «Pilot layihə» kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, «Xruşşovka» kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosiaI infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsi hazırlanaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitləri və kredit vəsaitləri cəlb edilməlidir.
Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, tikintisi basa çatmış obyektlərin istismarına icazə verildikdən sonra, həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatı həyata keçirilsin.