
Gənclər də Makronu sevmir
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
E.Coli zəhərlənmələrinin sayı 28-ə yüksəlib
Məktəblər sabahdan bağlanır
İsti dalğası ilə bağlı 14 rayona xəbərdarlıq edilib
“Leclerc”dən sonra “Auchan” məhsullarında təhlükəli bakteriya tapılıb
Temperatur 39 dərəcəyə çatacaq
Panika təcili enişə səbəb oldu
Fransa bu gün yanırdı – 41,5 dərəcə
“Müttəfiqlər arasında ticarət müharibəsi cəfəngiyatdır”
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Fransada musiqi gecəsində dəhşət
Hovuza yalnız dar geyimlə girməyə icazə verilir
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Toy maşını avtomat silahlardan çarpaz atəşə tutuldu, gəlin öldü, bəy ağır yaralıdır
Hər ay 40 bələdiyyə sədri könüllü istefa verir
Son həftə ərzində Serj Sərkisyanın və İlham Əliyevin Parisə ardıcıl səfərləri Beşinci Respublikanın Cənubi Qafqaz regionunu ən ağrılı problemini həll etmək üçün daha aktiv rol oynamaq istəyini ortaya qoydu. Həm Ermənistan, həm də Azərbaycanla sıx iqtisadi və mədəni əlaqələri olan Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi də regionda baş verən proseslərə görə həm də məsuliyyət daşıyır. Təsadüfi deyil ki, Olland Qarabağ münaqişəsindən danışarkən məsələnin sülh yolu ilə həll olunmasını ona çəkir. Bu istək ötən ilin aprelində baş verən hərbi əməliyyatlardan sonra daha aydın şəkildə səsləndirilir.
«Mən bundan bur neçə gün əvvəl prezident Sərkisyan İrəvana gələn zaman da demişdim: «Konflikt hərbi yolla həll oluna bilməz. Fransa Rusiya və ABŞ-la birlikdə münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməyə hazırdır. Bu səylər xalqların öz müqəddəratını təyin etmə və ölkələrin ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Bu çərçivədə Fransa istənilən təşəbbüsü dəstəkləməyə hazırdır».
Olland digər tərəfdən məsələyə rəsmi Bakının mövqeyindən yanaşır və tez-tez səslənən «status kvo qəbul olunmazdır» fikrini Sarkisyanla görüşdə də səsləndirmişdi. Bu danışıqların intensiv xarakter almasından daim çəkinən İrəvana bir mesaj idi. Çünki Ermənistan prezidenti son günlər xarici mətbuata verdiyi müsahibələrində sülh danışıqlarının davam etdirilməsi üçün müəyyən şərtlər irəli sürürdü. Bunlardan ilki, Vyana və Sankt-Peterburqda təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı mexanizmlərin tətbiqi ilə bağlı idi. Lakin insidentlərin araşdırılması mexanizmi ilə Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonda Ermənistanın öz mövcudluğunu nəzərə alanda Sərkisyanın müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmaq istəməsi və şərt irəli sürməsi qəbuledilməz sayılır.
Faktiki olaraq, həm Putin, həm də Olland son vaxtlar səsləndirdikləri fikirlərlə Ermənistanı danışıqları qeyd-şərtsiz davam etdirməyə və Madrid prinsipləri əsasında kompromis variantları qəbul etməyə çağırır. Bu Sərkisyanı manevr imkanlarından məhrum edir və münaqişənin süni uzadılmasına hesablanmış addımlarını qeyri-effektiv edir. Paris görüşlərinin ən əsas xəbərdarlığını da Ollandın «Qarabağ münaqişəsində status-kvo qəbul olunan deyil. Bunun nəticələri ötən ilin aprelində gördük», açıqlamasından görmək olar.
İstənilən halda, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra danışıqlarda yaranmış fasilə həmsədrlərin konkret təklifləri və prezidentlərin yeni görüşü ilə canlanmalıdır. Bunu istər Fransa, istər ABŞ, istərsə də Rusiya gözləyir. Diplomatik dalana dirənmiş Ermənistan münaqişənin həllində konstruktiv dialoq sərgiləmək üçün iradə nümayiş etdirə bilsə, uzanmış münaqişədə pozitiv dəyişikliklərə nail olmaq mümkün olacaq. Serj Sərkisyanın Fransa səfərini gəlincə, bu səfəri onun tam əsasla fiaskosu saymaq olar. Çünki Ermənistan diplomatiyası Qarabağ münaqişəsi ilə bağlı tutuduğu mövqedə tək qaldı.