
Günün anti-adamları...
Təbəssümləri də saxtadır
Təbəssümləri də saxtadır
... Yaxud erməni amansızlıqlarının, barbarlıqlarının bir anı
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
Yaxud Zatulinin saxtakar ampluası
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
.. Yaxud, dəhşətli videogörüntülər Bakıda mühakimə olunanları niyə qorxuya salıb?
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Müharibə cinayətləri törətməkdə təqsirləndirilənlərin məhkəməsi açıq və şəffaf gedir
Ermənistan referendumu 2026-da keçirəcək
Bu gün İrəvanda Artur Sərkisyanın xatirəsinə həsr olunmuş etiraz aksiyaları davam etdirilib. Günorta saatlarında mitinq iştirakçıları şəhər boyu yürüş edərək, hökumət binasına tərəf hərəkət ediblər.
Amiran küçəsində Şayen Arutyunyan və bir qrup etirazçı oturaq tətil keçiriblər ki, bu da polis əməkdaşlarını qıcıqlandırıb və qanun keşikçiləri güc tətbiq edəcəkləri ilə hədələyiblər. Azadlıq meydanına qayıdan nümayişçilər oturaq tətilə qoşulublar.
***
23:21
Etiraz aksiyasının təşkilatçıları bildiriblər ki, sabah axşam yenidən İrəvanın mərkəzində toplaşaraq, oturaq tətil keçirəcəklər. Lakin nümayiş iştirakçılarının bir qismi evə getməkdən imtina edib.
Virtualaz.org xəbər verir ki, təşkilatçıların sözlərinə görə, bugünkü marşda 30 min adam iştirak edib. Sabahkı mitinqdə daha çox adamın iştirakı gözlənilir, belə ki, hazırlıq işləri aparılır, insanlar vərəqələr yayır.
«Onlar bizim tələblərimizi yerinə yetirməlidirlər. Etiraz etsələr, daha radikal addımlar atacağıq. Yalnız sona qədər durmaq lazımdır. Biz sevdiyimiz insanların qisasını alacağıq», - mitinq təşkilatçılarından biri deyib.
***
21:26
Etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə İrəvanın Azadlıq meydanında qalmaqdadır.
Virtualaz.org xəbər verir ki, etiraz edənlər Artur Sərkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sərkisyanın cəzalandırılmasını istəyirlər.
Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.
***
19:29
On minlərlə etirazçı İrəvanın mərkəzi meydanına tərəf istiqamət alıblar. «Azadlıq radiosu»nun erməni xidməti hadisə yerindən canlı yayım aparır.
Nümayişçilər Artur Sərkisyanın ölümü ilə bağlı narazılıqlarını bildirirlər və onun ölümündə prezident Serj Sərkisyanı ittiham edirlər.
Etirazın təşkilatçılarından biri Şayen Arutyunan (məşhur siyasi məhbusun oğlu – red.) jurnalistlərlə söhbətində deyib ki, etiraz aksiyalatrında praktiki olaraq siyasi qüvvələrin nümayəndələri yoxdur. Mitinqə ədalət axtaran sadə Yerevan sakinləri toplaşıb.
***
16:14
İrəvanda fəallardan və ictimaiyyət nümayəndələrindən ibarət böyük bir qrup «Ermənistan» tibb mərkəzində Artur Sərkisyanı anmaq üçün etiraz yürüşü təşkil edib.
Virtualaz.org «Aravot» nəşrinə istinadən bildirir ki, etiraz edənlərlə polis arasında toqquşma baş verib.
Keçən ilin yayında polisin post-patrul xidməti (PPX) alayının ərazisini tutmuş «Sasna Tsrer» silahlı qrupunun işi üzrə həbs edilmiş Artur Sarkisyan silahlı qrupa kömək etməkdə ittiham olunurdu. PPX alayının ərazisi tutulan günlərdə 48 yaşlı A.Sərkisyan şəxsi avtomobildə yaraqlıları mühasirəyə alan polis səddini yararaq onlara qida məhsulları çatdırmış və sona qədər üsyançılarla birlikdə qalmışdı.
Azadlıq meydanına toplaşan yürüş iştirakçıları İrəvanın mərkəzi küçələri ilə hərəkət edərək «Artur!», «Yemək çatdıranı öldürdülər!» şüarları səsləndiriblər. Yürüş iştirakçılarını onlarla polis müşayiət edib və nümayişçilərə Ədliyyə Nazirliyinin binası yanında etiraz aksiyası təşkil etməyə imkan verməyib. Təntənəli yürüşə siyasi dustaq Şanta Arutyunyanın oğlu Şaen Arutyunyan başçılıq edib.