... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
21:04 | 2 aprel 2017 | Bazar
Məqaləyə 1377 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistanda yerli vaxtla saat 20:00-da parlament seçkilərinə səsvermə yekunlaşıb və məntəqələrin qapıları bağlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, artıq səslərin sayılması prosesi başlayıb. Saat 21:00-da Ermənistanın Mərkəzi Seçki Komissiyası səsvermədəki seçici fəallığı ilə bağlı növbəti məlumatla çıxış edəcək. MSK sədri Armen Smbatyanın saat 17:00-da yaydığı məlumata görə, bu göstərici 50,93 faiz olub.
5 siyasi partiya, 4 blokun iştirak etdiyi seçkidə kütləvi qanun pozuntuları qeydə alınıb. İlkin məlumatlara görə, prokurorluğa 1700 fakt təqdim olunub. Amma bu, son deyil. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.
Hətta seçkiləri izləməyə gəlmiş kanadalı rejissor Atom Eqoyan və amerikalı erməni mənşəli ssenarist Erik Nazaryan da saxtakarlıqlardan heyrətə gəldiklərini deyiblər. 6 seçki məntəqəsində qanun pozuntularını qeydə alan xarici müşahidəçilər əllərindəki faktları canlı yayımda nümayiş etdiriblər. «Seçkini izləyən erməni diasporunun nüqmayəndələri İcevan, Berkaber, Ovke, Qoşe, Aqartsinda olublar», - Eqoyan deyib. Dediyinə görə, Qoşedə əsl xaos hökm sürürmüş. Bildirib ki, əllərində çoxlu video və foto materiallar var, sonrakı günlərdə hamısını ictimailəşdirəcəklər.
Görünən budur ki, onsuz da çətin günlərini yaşayan Serj Sərksiyan erməni diasporundan aldığı dəstəyi də itirib. Əks təqdirdə diasporanın Amerika nümayəndəsi onun saxtakarlığını ifşa etməzdi.