Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:58 | 3 aprel 2017 | Bazar ertəsi
Məqaləyə 1658 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Polis hakim partiyanın qərargahında basqın etdi
Polis hakim partiyanın qərargahında basqın etdi
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
«The Guardian» yazır ki, Britaniya mühafizəkarlarının keçmiş lideri Michael Howard lazım gələrsə baş nazir Tereza Meyin (Thereza May) İspaniya ərazisində yerləşən torpaq parçası (300 ildir ki Britaniya Cəbəllütariqə nəzarət edir) görə müharibəyə girə biləcəyini deyib.
Howard televiziya müsahibəsində xatırladıb ki, 35 il bundan əvvəl Britaniyanın başqa bir qadın baş naziri - Marqaret Tetçer (Margaret Thatcher), Folklend adalarına görə başqa bir ispandilli ölkə - Argentina ilə müharibəyə başlamışdı.
Onun bu bəyanatı ölkənin digər siyasi partiyaları tərəfindən qızışdırıcılıq kimi tənqid olunub.
Bu bəyanatla eyni vaxtda verilmiş rəsmi bəyanatda bildirilir ki, London özünün ölkədən kənardakı ərazilərinin suverenliyini müdafiə etməyə hazırdır.
Downing Street bildirib ki, xanım May, Avropa dillərində Gibraltar kimi tanınan Cəbəllütariqin böyük naziri Fabian Pikardoya (Fabian Picardo) zəng edib və ərazinin iqtisadiyyatına və adamlarına təhklükəsizlik qarantiyası verib.
O deyib ki, Britaniya, «sakinlərinin azad və demokratik şəkildə ifadə olunmuş arzularına rəğmən» bu ərazini hər hansı şəkildə İspaniyanın üsul-idarəsi altına verəcək sövdələşməyə daxil olmaq niyyətində deyil.
Britaniya müdafiə naziri, lord Michael Fallon da kifayət qədər sərt danışıb.
«Cəbəllütariq bizim tərəfimizdən müdafiə olunacaq, çünki onun suverenliyi, sakinlərinin razılığı olmadan dəyişdirilə bilməz» - deyib nazir.
Bununla yanaşı, Cəbəllütariq məsələsinin Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması danışqılarına daxil edilməsinə baxmayaraq, cənab Fallon deyib ki, İspaniya ərazinin suverenlyinin dəyişdirilməsi məsələsini rəsmən qaldırmayıb.
Britaniya Liberal Demokrat partiyasının lideri Tim Farron rişxəndlə deyib ki, ölkənin Aİ-dən ayrılmasını alqışlayanlar indi də qonşularla müharibə barədə danışırlar.
Bundan əvvəl Britaniya televiziyasında çıxış edən Cəbəllütariq lideri Pikardo deyib ki, ərazi referendumda Aİ tərkibində qalmağa səs versə də, suverenlik məsələsində baş nazir Tereza Meyin mövqeyini tam dəstəkləyir.
Lakin o əlavə edib ki, London Aİ ilə Brexit danışıqlarından elə nəticələr əldə etməlidir ki, Britaniyanın ayrı-ayrı hissələrinin Avropa ilə bağları qırılmasın.
Bu arada İspaniyadan alınan xəbərlərdə deyilir ki, Madrid gələcəkdə müstəqil Şotlandiyanın Avropa İttifaqına daxil olmasının qarşısını almaq məqsədi güdən vetosundan imtina edir.
Başqa sözlə, İspaniya indi Şotlandiyanın Britaniyadan ayrılaraq Aİ-yə qoşulacağını istisna etmir (BBC).