ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
22:36 | 5 aprel 2017 | Çərşənbə
Məqaləyə 739 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ prezidenti Donald Trampın Bəşər Əsədə qarşı münasibəti sərtləşib. Buna səbəb Əsədin son hücumların birində istifadə etdiyi kimyəvi silah səbəb olub. Politoloq Şahin Cəfərli maraqlı yanaşma nümayiş etdirib:
«Tramp İordaniya kralı ilə görüşdən sonra ABŞ-ın Suriya siyasətinin dəyişdiyini elan etdi.
Tramp bildirdi ki, kimyəvi hücum hadisəsindən sonra Əsədə münasibəti ciddi şəkildə dəyişib, Əsəd bir çox xətti keçib və bu vəziyyətlə barışmaq mümkün deyil. Hətta «Suriya böhranına artıq mən məsulam» ifadəsini işlətdi.
Senatorlar da Əsəd rejiminə qarşı tədbir görülməsini tələb edirlər. Respublikaçı Lindsey Graham bildirib ki, prezident Tramp elə bir addım atmalıdır ki, Obama onu heç vaxt ata bilməzdi: «Prezident Tramp hamıya sübut etməlidir ki, xarici siyasətdə və diktatorlarla mübarizədə Obama kimi hərəkət etməyəcək». (Trampı qızışdırır və qoltuğuna qarpız verir - Ş. C.) Senatorlar bir neçə gün əvvəl «Əsədin taleyini Suriya xalqı həll etməlidir», deyən dövlət katibi Tillersonu yıxıb-sürüyür.
Trampın bu gün özünün baş strateqi, antiqlobalist, islamofob, İŞİD-lə mübarizədə Əsədə əməkdaşlığı mümkün sayan Stiv Bannonu Milli Təhlükəsizlik Şurasından uzaqlaşdırması da maraqlı faktdır.
Trampın bəyanatının boş söz olub-olmadığını yaxın günlərdə görəcəyik...»