ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
09:55 | 7 aprel 2017 | Cümə
Məqaləyə 1690 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Bu gün Bakı vaxtı ilə səhər saat 4-dən 5-ə kimi ABŞ ordusunun Aralıq dənizində yerləşdirilmiş iki hərbi gəmisindən Suriya ordusunun bazasına 70 raket atılıb. Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, zərbələr Suriya hökumət ordusunun Homs vilayətində yerləşən Şayrat hərbi bazasına endirilib.
Zərbələrdən dərhal sonra xalqa müraciətlə çıxış edən ABŞ prezidenti Donald Tramp bu addımın öz xalqına qarşı kimyəvi silah işlətmiş Bəşər Əsəd rejiminə qarşı qisas addımı olduğunu bəyan edib. Buna qarşılıq olaraq, ABŞ Konqresinin bəzi üzvləri raket zərbələrinin parlamentlə razılaşdırılmadığını qeyd ediblər.
NBC telekanalı Suriya ordusunun bazasına «Tomoqavk» tipli raketlərlə hücum edildiyini bildirib. «Frans Press» raketlərin sayının 70-ə bərabər olduğunu yazır.
Amerika mənbələrinə görə, raket zərbələri kimyəvi silahın tətbiq edildiyi bildirilən hərbi bazaya yönəlib.
Hazırda bütün dünya Rusiyanın bu addıma cavabını gözləyir. Dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronov jurnalistlərə bildirmişdi ki, ABŞ-ın Suriyada hərbi müdaxiləyə başlayacağı barədə «birbaşa siqnallar» alır. Onun sözlərinə görə, belə bir hücumun nəticəsi «bu cür layihələri fikirləşənlərin vicdanında qalacaq».