
Demoqrafiya, miqrasiya və turizm!
Prioritet müəyyən edilməli olsa, sağdan sola sıralanmalıdır
Prioritet müəyyən edilməli olsa, sağdan sola sıralanmalıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Ermənistanın əbədi probleminə çevrilən miqrasiya belə getsə, ölkəni məhv edəcək. Artıq ən yüksək səviyyədə bəyan edilir ki, hər il ölkəni minlərlə insan tərk edir. «Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkədən miqrasiya heç vaxt ara verməyib. Bundan başqa, 2017-ci ildən başlayaraq miqrasiyanın miqyası daha da artıb». Erməni saytlarının yaydığı məlumata görə, Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeganyan bu barədə məlumat verib. Yeganyanın təqdim etdiyi rəqəmlərə görə, ümumilikdə 1991-ci ildən başlayaraq 1 milyon 250 min adam Ermənistanı tərk edib.
Erməni saytları yazır ki, Q.Yeganyan faktları təhrif etsə də, həqiqəti gizlədə bilməyib. Bu müddət ərzində ölkəni yüz minlərlə insan tərk edib. Qeyd edilir ki, onun göstəriciləri ilə rəsmi statistika üz-üstə düşmür. Qagik Yeganyanın qənaətincə, əhalinin ölkəni tərk etməsinə ilk növbədə iqtisadi-sosial problemlər təsir edir: işsizlik, əmək haqqının azlığı, ixtisas üzrə iş tapmaq problemi və biznes mühitinin olmaması. «Bəs Ermənistan hökuməti miqrasiyanın azaldılması üçün hansı tədbirləri görür» - jurnalistlərin bu sualına Q.Yeganyan belə cavab verib: «Birinci, əsas səbəbi sosial-iqtisadi sahədə axtarmaq lazımdır. İş yerlərinin və yüksək məvacibin olmaması əsas səbəbdir. Yəni, əgər biz bu halın miqyasını azaltmaq istəyiriksə, deməli, bu səbəbləri aradan qaldırmalıyıq. Hökumətin bütün fəaliyyəti də elə buna yönəlib».
Lakin ölkənin aparıcı ekspertləri, mətbuat və partiya funksionerləri onunla razı deyillər. Məsələn, etnoqraf Granuş Xaratyan bildirib ki, hökumət təqribən 10 il bundan öncə miqrasiyanın azaldılmasını hədəfləyən strateji proqram işləyib hazırlayıb. Ancaq bu proqram, faktiki, heç bir nəticə verməyib. «İnsanlar ilk növbədə qanunun selektiv tətbiqi səbəbindən ölkədən çıxıb gedirlər. Yəni, Ermənistan Respublikasının vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi «krışa»sı olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var», – deyə ekspert bildirib.
«Ermənistanda miqrasiya pik həddə çatıb». Bunu isə «Joqovurd» qəzeti yazıb. Ermənistan mülki aviasiya idarəsinin yaydığı informasiyada göstərilir ki, «Zvartnost» aeroportunda ölkəni tərk edib getmək istəyənlərin uzun növbələri yaranıb.
Ermənistan Miqrasiya İdarəsinin rəsmisi Ruben Yeganyan bildirib ki, son hesablamalara görə, Ermənistan əhalisi sürətlə azalmağa doğru gedir. Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində tənəzzül yaşayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Hazırda ölkədə cəmi 2 milyondan da az əhali yaşayır. «Orinats Yerkir» fraksiyasının rəhbəri Yeqine Bişaryan hesab edir ki, problemin kökünü hökumətdə axtarmaq gərəkdir. Onun sözlərinə görə, Sarkisyan problemlərin öhdəsindən gələ bilmir. «Yeni zamanlar» partiyasının lideri Aram Karapetyan da bildirib ki, Ermənistanda miqrasiya dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. Partiya sədri vurğulayıb ki, hakimiyyət orqanları ölkədəki total problemlərə qeyri-adekvat reaksiya göstərirlər. «Hər şey o dərəcədə qeyri-adekvatdır ki, Ermənistan Respublika Partiyası özü-özünə müxalifət olmağa başlayıb» - deyən Karapetyan əlavə edib ki, hakimiyyət orqanları üzərinə düşən funksiyaları yerinə yetirmək iqtidarında deyil. O, miqrasiyanın səbəbləri barədə danışaraq, bunun subyektiv və obyektiv səbəblərinin olduğunu dilə gətirib. Onların arasında ölkədəki sosial-iqtisadi vəziyyəti göstərən partiya sədri düzgün iqtisadi siyasətin olmamasını, eləcə də obyektiv səbəbləri - müharibə və s. göstərib.
«İrs» partiyasından olan keçmiş deputat Larisa Alaverdiyan isə bu qənaətdədir ki, Ermənistanda miqrasiya siyasəti cinayətkarcasına həyata keçirilir. O bildirib ki, 1990-cı ildən bəri əhalinin sayı 2 milyona düşüb. «Bu, əhalinin sayının azaldılmasına yönəlmiş siyasətin nəticəsidir», - deyən deputat əlavə edib ki, ölkədə iş yerlərinin və həyat üçün digər zəruri şərtlərin olmaması insanların öz evlərini tərk etməsinə gətirib çıxarır. Əhalinin sayının ən çox azalması sərhədyanı ərazilərdə hiss edilir. Daha acınacaqlı hal ondan ibarətdir ki, ölkədən «beyin axını» sürətlə davam edir. Avrasiya İnkişaf Bankının keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan dünyanın yüksək dərəcəli peşəkar mütəxəssislərin ölkələri tərk etmə siyahısında ikincidir. Onun sözlərinə görə, bu axın tək kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.
Öz növbəsində «İrs» Partiyasının sədri Armen Martirosyan da problemdən çıxış yolunu vətəndaş cəmiyyətinin, eləcə də siyasi partiyaların birləşməsində görür. Alaverdiyanla razı olduğunu deyən partiya sədri problemin sosial deyil, siyasi əhəmiyyət kəsb etdiyini dilə gətirib. Martirosyan bu qənaətdədir ki, hakimiyyəti ittiham etməyin yeri yoxdur: «Onların yeganə məqsədi öz var-dövlətlərini daha da artırmaqdan ibarətdir. Bu gün xalq hətta kənd rəhbərliyini dəyişmək iqtidarında da deyil».