vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
10:22 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 657 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Demədiklərim…

Gözü özgəsində olanın sözü də özgəsinin olar... - ll yazı

Bəşarət MƏMMƏDOV

Öz Vətəninə xor baxan, xalqına özünə sərf edən formada “oğulluq edən”, həqiqi din-imanını yadın qurama “dini”nə dəyişən, əli başqasının (əcnəbinin) cibində olan, normal savadı olmadan hər sahə üzrə əllaməlik, “alim”lik edən, bu ölkəni parçalanması niyyəti gözündə qalmışlara qul olanların həyasızcasına hamıya “dərs vermək istəməsi” üzücüdür. Bu ölkədəki humanizmdən sui-istifadə edən, bu xalqın genişürəkliliyinə hiyləgərcəsinə sığınmış binəvalar dalana dirəndiklərini anlamalıdırlar. Artıq gün işığına çıxmısınız, görünürsünüz, başınızı sığındığınız qoltuq(x)dan çıxarın.

Bəzən belələri özünü o qədər arxayın, toxunulmaz hiss edir ki, açıq təhdidlərdən, əlinə su tökməyə yaramadıqları şəxsləri təhqir etməkdən bələ çəkinmirlər. Əslində qidalandıqları mənbələrdən sifariş aldıqları heç kimə sirr deyil.

Dünyanın istənilən ölkəsində bu kimi hallara qarşı gizli və ya açıq formada o qədər sərt reaksiya verilir ki, belələri rüşeym ikən məhv edilir. Ancaq Azərbaycandakı tolerant və humanist mühiti onların düzgün dəyərləndirə bilmədiklərini əvvəldə qeyd etdik.

Belə varlıqlar:

1. Bütün həqiqi dəyərləri (təhsil daxil) təhrif edir və ya gözdən salmağa çalışırlar;

2. Aldıqları sifarişi yerinə yetirmək üçün radikallıqdan belə çəkinmirlər;

3. Öz “ideyaları”nın açıq təbliği ilə məşğul olurlar;

4. Vahid mərkəzdən idarə olunan qruplaşmalarda təmsil olunurlar;

5. O qədər uğurlu biznes qura bilməsələr də, üzv olduqları şəbəkənin dəstəyi hesabına “Uğurlu iş adamı” imici yaradırlar;

6. Bir sıra hallarda isə buqələmunluq edərək maskalanırlar;

7. Sosial şəbəkələr vasitəsilə fəal virtual təbliğat aparırlar.

Elə sonuncu bənddə qeyd olunan məqamda daha diqqətli olmalı, onların virtual fəallığına laqeyd yanaşmamalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, belələri təşkilatlanmış olduqları üçün sosial şəbəkələrdə biri-birini müdafiə edir, “haqsızkən haqlı” durum yaratmağa çalışırlar.

Odur ki, BAŞQAsına yan çıxan, BAŞQAsına yan olmaqdan “qürur duyan”lara əslində nə olduqlarını, “hansı yuvanın quşu olduqlarını” açıqca deməliyik! Anlatmalıyıq ki, “İNANDIQLARINIZ” belə sizə inanmır, sizi yarı yolda qoyacaq, bunu bilin!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *