vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SAHİBKARLIQ  
14:18 | 20 avqust 2018 | Bazar ertəsi Məqaləyə 746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnvestoru şəkərin “dadını” bilmədi

Ən çox ziyana salan və gəlirli məhsullar

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmtəə bazarlarında, şəkər həm iyul ayında, həm də ilin 7 aylıq dövrdə investorunu ən çox ziyana salan məhsul olub.

Əmtəə bazarlarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən toplanan məlumatlara görə, iyul ayında əmtəə qrupu investisiya alətlərindən 14-ü investoruna uduzdurub, yalnız 4-ü qazandırıb. İlin 7 aylıq dövründə isə 12 məhsul uduzdurub, 6 məhsul isə qazanc təmin edib.

İyul ayında investoruna kakao, nikel, Brent nefti, qızıl, platin, sink, qurğuşun, gümüş, qəhvə, mis, qaz, palladium, şəkər və alüminium ziyan yaratdığı halda, qarğıdalı, soya, buğda, pambıq qazanc gətirib.

İlin 7 aylıq dövründə isə soya, platin, sink, qurğuşun, gümüş, qəhvə, mis, qaz, palladium, şəkər və alüminium investorunu ziyana salıb, kakao, misir, nikel, buğda, “Brent” nefti, pambıq isə investoruna qazanc verib.

Qlobal ticarət gərginlikləri əmtəələrin dəyər itirməsinə səbəb olarkən, ABŞ-ın Çinə qarşı sanksiyalarına Avropa Birliyinin də qatılacağına dair proqnozlar da əmtəə qiymətlərinə mənfi təsir edib.

Əmtəə bazarında, şəkər həm iyul ayında həm də ilin 7 aylıq dövründə investoruna ən çox ziyan vuran məhsul olub. Baş verən ticarət müharibələri, dünyanın ən böyük şəkər idxalçılarından biri olan Çinin pul vahidinin dəyər itirməsi, şəkər tələbinin azalacağına dair yaranmış narahatlıqlar və Hindistanda şəkər istehsalının artacağına  dair gözləntilər şəkər qiymətlərinin düşməsinə səbəb olub.

İyul ayında şəkər tozu 13,8 faiz ucuzlaşıb. Şəkərin ardınca 13,6% ilə kakao, 10,6 faiz ilə qurğuşun, 8,2 faiz ilə sink, 6,5 faiz ilə nikel, 6,4 faiz ilə Brent nefti, 5,9 faiz ilə mis, 4,8 faiz ilə qaz, 4,5 faiz ilə qəhvə, 3,6 faiz ilə gümüş, 2,4 faiz ilə alüminium, 2,2 faiz ilə qızıl və palladium, 1,5 faiz ilə platin gəlir. Şəkər, ilin 7 aylıq dövründə isə 30,4 faiz ucuzlaşıb. Bu dövrdə sink 19,7%, mis 13,5%, qurğuşun 13,2%, kofe 12,9 faiz, palladium 12 faiz, platin 9,6 faiz, alüminium və gümüş 8,4%, qızıl 6 faiz, təbii qaz 5,7 faiz, soya 5 faiz ucuzlaşıb.

İyul ayında ən çox qazandıran məhsul isə buğda olub. Dünya buğda istehsalı proqnozlarında azalma və Avropada başlayan quraqlıq səbəbindən istehsal və keyfiyyətə dair narahatlıqlar buğda qiymətlərinin artmasına səbəb olur. Sözügedən dövrdə 10,4 faiz bahalaşan buğdanın ardınca 5,1 faiz ilə pambıq, 4,6% ilə soya və 3,5 faiz ilə qarğıdalı yer tutur.

Buğda ilin 7 aylıq dövründə də 29,6 faiz ilə ən çox qazandıran məhsul olub. Həmin dövrdə kakao 14,6 faiz, pambıq 13,9 faiz, “Brent” nefti 11,2 faiz, nikel 10,7 faiz, qarğıdalı isə 6,1 faiz bahalaşıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *