vaxtlı-vaxtında oxuyun! Bazar, 16 iyun 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
RƏY, REPLİKA  
12:32 | 22 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Siyasi işbazlar məyus olacaq”

Prezidentin Mehman Hüseynovla bağlı humanistliyi alqışlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Həbsdəki bloger Mehman Hüseynov dünən - yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasını xahiş edib.

Müraciətə dərhal reaksiya verən Prezident  İlham Mehman Hüseynov barəsində amılan yeni cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokuror tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq M.Hüseynov barəsindəki əlavə cinayət işinin icraatına xitam verilməsinə münasibət bildiriblər.

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu:

“Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək".

Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib ki, Mehman Hüseynov adlı gənc bir məhbusun işindən xaricdəki müəyyən qüvvələr siyasi şou düzəldərək, Azərbaycan dövlətinə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışdılar:

“Amma bu, baş tutmadı. İlk növbədə həmin gəncin özü bu kampaniyada iştirak etmək istəmədi və onun adından istifadə edilməsinə etiraz etdi. Digər tərəfdən isə bir vətəndaş kimi hüququndan istifadə edərək, dövlət başçısına müraciət ünvanlayıb, bu məsələyə müdaxilə edilməsini istədi. Cənab Prezidentin hüquq-mühafizə orqanlarına tapşırığından 1 gün sonra isə Mehman Hüseynovun gənc olduğu, ailə ilə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alınaraq onun barəsindəki cinayət işinə xitam verildi.  Bunun özü də göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşının qayğısına qalır.  Azərbaycanda istənilən problem hüquqi müstəvidə həll edilir. Humanistlik, vətəndaşın problemlərinə qayğı Azərbaycan dövlətinin, Prezidentinin fəaliyyətinin əsas qayəsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Mehman Hüseynov barəsindəki cinayət işinə xitam verilməsini ölkə başçısının humanist addımı kimi qiymətləndirib:

“Cənab Prezident hər zaman ölkə vətəndaşlarına xüsusi diqqət yetirir. Mehman Hüseynov ətrafında xoşagəlməz hallar baş verirdi. Ölkə daxilində müxalifət Mehman Hüseynov hadisəsini əllərində bayraq edərək, mitinqlərdə ölkə başçısına qarşı əsassız ittihamlar irəli sürüblər. Digər tərəfdən, Avropa İttifaqına daxil olan ölkələrin diplomatları onunla görüşdülər. Bəlli oldu ki, Mehman Hüseynovun saxlanması ilə bağlı hər hansı bir problem yoxdur. Bütün bunlar bir ssenarinin tərkib hissəsi kimi diqqəti cəlb edib.  Təəssüflər olsun ki, bu cür hallardan anti-Azərbaycan qüvvələri, eyni  zamanda ölkəmizdə fəaliyyət göstərən anti-milli qüvvələr istifadə etdilər. Yəqin ki, bundan sonra da bu və ya buna bənzər hadisələrdən çalışacaqlar ki, istifadə etsinlər”.

Deputat əmindir ki, Mehman Hüseynov azadlığa buraxılacaq:

“Hesab edirəm ki, o da özü üçün nəticələr çıxarıb. Ola bilsin ki, ona qarşı haqsızlıq da olub. Mən bunu bilmirəm. Çünki prosesin tam içərisində deyiləm. Əgər haqsızlıq olubsa, buna qətiyyən yol vermək olmaz.  Biz bu cür gənclərlə profilaktik tədbirlərə daha çox üstünlük verməliyik. Onların üzərində işləyən anti-milli qüvvələrin fəaliyyətini diqqətlərinə çatdırmalıyıq ki, öz potensialını, istedadını, gücünü Azərbaycan dövlətçiliyinə sərf etsinlər. Xüsusi olaraq  qeyd etmək istəyirəm ki, məmurlar, hüquq-mühafizə orqanları bu cür hallar baş verən zaman çox ehtiyatlı olmalıdırlar. Çünki yaranmış olan cüzi  bir situasiyadan Azərbaycanı sevməyən qüvvələr istifadə edə  bilməsinlər”.

Mirmahmud KAZIMOĞLU


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *