
Paşinyanın böyük savaşı
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Ermənistan illərlə onu müdafiə edən, yedizdirən, ayaqda tutan rejimi satdı
“Hraparak”: “Təxminən 180 verib, əvəzində 25 alacaq”
Paşinyan kilsəyə müharibə elan etdi
Rusiyadan sonra Hindistan öz silahlarını Ermənistana sırıyır
... Yaxud Vilayəti İranın gücünü çox şişirdib
AB-NATO üzvü Fransanın Gorusda konsulluq açmasına səsini çıxarmayan Tehranın xoruzlanmağı
Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.
“Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Minasyan baş naziri keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan, Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq.
“Daşnaksütyun” təmsilçisi əlavə edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq. O xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda bu ölkədə 232 min işsiz var, İKT sahəsində çalışanların sayı isə cəmi 13 min nəfərdir. “Paşinyanın “iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”, -deyə Minasyan əlavə edib.