vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
18:18 | 15 mart 2019 | Cümə Məqaləyə 2178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rosneft” Venesuelaya milyardlar yatırıbmış

İqor Seçin pulları xilas etməyi tapşırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın “Rosneft” şirkəti Venesuelada birgə müəssisələrə böyük bir sərvət yatırıb. Milyonlarla dolları itirdiyini bilə-bilə sərmayələri davam etdirib, çünki Kreml Cənubi Amerikadakı bu müttəfiqini dəstəkləmək istəyib. Bunu “Reuters” agentliyi sənədlərə əsasən üzə çıxarıb.

Agentliyin hesablamasına görə, “Rosneft” 2010-cu ildən Venesueladakı layihələrə 9 milyard dollaradək vəsait axıdıb. Agentlik bunu şirkətin illik hesabatları, ictimai açıqlamaları, daxili sənədlərinə əsasən hesablayıb. Amma rusiyalılar həm də Venesuelanın dövlət neft şirkəti PDVSA ilə birgə müəssisələrin onlara yüz milyonlarla dollar borclu qaldığını, birgə müəssisələrlə neft hasilatının layihələndirildiyindən xeyli aşağı olduğunu biliblər. Rusiyalıların ondan da xəbəri olub ki, PDVSA bir neçə yüz nəfərin yaşadığı uzaq bir yerdə “sosial layihələrə” bir birgə müəssisədən milyonlarla dollar xərcləyib. Menecerlər problemləri “Rosneft” rəhbəri Iqor Seçinin diqqətinə çatdırınca o, durumu düzəltməyə göstəriş verib.2015-ci ilin sonundan Rosneftin problemləri düzəlməyə başlayıb, çünki maraqlarını daha çox nəzarətə götürüb. Amma “Rosneft” yenə də böhran içində olan bir şirkət və ölkəyə böyük sərmayələrə sahibdir. Mənbələr bunu siyasi amillərlə izah ediblər. Çünki dövlətə məxsus “Rosneft”in məqsədi Moskvanın Karakasdakı müttəfiqlərinə kömək etmək olub. “Reuters” hesablayıb ki, 2010-cu ildən Venesuelaya kreditlər, müxtəlif layihələrlə 9 milyard dollardan çox pul tökən “Rosneft hələ gəlir götürməyib.