vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
12:35 | 24 mart 2019 | Bazar Məqaləyə 4064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Putinin getməsini gözləməliyik”

Ukrayna prezidentliyinə ən real namizəd Krımın geri qaytarılmasından danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada keçiriləcək prezident seçkilərində qalib gəlməyə ən şanslı namizəd sayılan aktyor və prodüser Vladimir Zelenski Krımı yenidən ölkəsinin tərkibinə qaytarmağın yolunu bilmədyini etiraf edib.

Yerli “Ictv” kanalına müsahibəsində Vladimir Zelenski bunun üçün Rusiyada Putin hakimiyyətinin dəyişməsini gözləməyin lazım olduğunu söyləyib.

Ukraynalı siyasətçi prezident Pyotr Poroşenkonun Krımı geri qaytarmaqla bağlı atacağı addımlar barədə sözlərinin yalan olduğunu da bildirib.

V.Zelenskini fikrincə, Ukrayna öncə işğal olunmuş ərazilərdə informasiya savaşını qazanmalıdır.

“Biz bu sahədə çox iş görməliyik. Gəlin, “DXR və LXR”-in nəzarət etdiyi bölgələrdə yaşayan əhaliyə öz sözümüzü çatdıraq. Ölkədə rusdilli xəbərlərin yayımı artmalı, Avropa və ABŞ səviyyəsində rusdilli kanalların ofisləri açılmalıdır.

Onlara siz “ukraynalısınız”, “bizlərdən birisiniz” deməyi bacarmalıyıq”, - deyə prezidentliyə namizəd qeyd edib.