vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
15:26 | 27 mart 2019 | Çərşənbə Məqaləyə 3021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Özləri bilərlər”

Mətbuat Şurası rəsmi qurumların “qara siyahı”dakı KİV-lərlə əməkdaşlığından danışdı

Aysel ASLAN

"Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları"nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə hazırda 82 nəşrin adı Mətbuat Şurasının “qara siyahı”dır. Onların arasında qəzetlər də var, jurnallar da... Son vaxtlar isə bəzi saytlar da "qara siyahı" salınıb.

Maraqlıdır,  dövlət qurumları adları Mətbuat Şurasının  “qara siyahı”sına düşən qəzet, jurnal və saytların sorğusuna cavab verməkdən imtina etməlidirlərmi?

Mətbuat Şurası İdarə Heyətinin üzvü,  qurumun  “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri , “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mövzuda danışıb:

“Dövlət qurumları Mətbuat Şurasının  “qara siyahı”sına daxil olan KİV-lərin sorğusuna cavab verməyə də bilər”.

V.Rəhimzadə qeyd edib ki, həmin mətbuat orqanları ilə əməkdaşlıq etmək və ya etməmək rəsmi qurumların  öz işidir:

“Bununla bağlı kimsə inzibati qaydada məhdudiyyət qoya bilməz. Mətbuat Şurasının  KİV-lər haqqında qərarları ictimai qınağa söykənən qərarlardır. “Qara siyahı”ya düşən mətbu orqanların peşə və davranış qaydalarını davamlı şəkildə pozduğunu təsdiq edirik. Bu haqda mövqeyimizi ictimai qınaqla reallaşdırırıq. Biz hər hansı şəkildə həmin KİV-lərə təzyiq göstərə bilmərik, fəaliyyətini dayandırası deyilik. Eləcə də həmin mətbu orqanların dövlət qurumlarına sorğu göndərməsinə, qurumların onlara cavab verib-verməsinə qarışmırıq. Dövlət qurumları “qara siyahı”da olan KİV-lərin sorğusuna cavab verə də bilər, verməyə də bilər. Biz isə sadəcə həmin KİV-lərin siyahısını dərc edirik ki, cəmiyyətə məlum olsun”. (modern.az)