vaxtlı-vaxtında oxuyun! Bazar, 21 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
11:19 | 1 may 2019 | Çərşənbə Məqaləyə 876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı daha aqressivdir?

Din, yoxsa elm ...

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Sualı cavablamağa tələsməzdim. Elmin üstün, dinin isə aqressiv olduğunu deyənlər az deyil. Doğru saymıram bu arqumentasiyanı. Çünki dinlə pərdələnən terrorçular öz mənhus əməllərini məhz elmi kəşflərin nəticələrinin bəlli məcmusu olan silahlarla, partladıcılarla reallaşdırırlar.

Primitiv məntiqə varsaq, alimlər kəşflər etməsəydilər, o kəşflərdən hərbi-sənaye komplekslərindən istifadə olunaraq silahlar istehsal edilməsəydi, terrorçular da teraktlar edə bilməzdilər.

Edərdilər, təbii - qurbanlar bu qədər olmazdı.

Yenə də yanlış məntiqdir.

Doğru olan, məncə, budur: din və elm sadəcə, vasitədir. Kimin necə, hansı məqsədə istifadə etməsindən asılıdır.

Bəli, qədim yunan və Roma fəlsəfəsini dünyaya məhz İslam qaytardı, müsəlman alimlərin tərcümələri avropalılara aydınlatdı ki, sən demə, Sofokl, Aristotel, Heraklit, Hippokrat, Strabon, Tasit və başqaları varmış.

İslamın ilk əsrlərində, o gözəl intibah dövründə müsəlman alimlər nə kəşflər və ixtiralar etmədilər, nə əsərlər yaratmadılar ki. İslam o dövrdə elmi həvəsləndirirdi, elmə dayaq olurdu.

Digər səmavi dinlər kimi. Amma sonralar dövlətlər milliləşməyə, lap sonralar dünyəviləşməyə başlayanda din elmə düşmən kəsildi sanki.

Beləcə, din elmə və dövlətə məğlub oldu.

Niyə yazıram bunu?

Azərbaycanın təhsil strukturlarında - orta və ya ali, fərq etməz - din dərsləri olmamalıdır.

“Bir sıra ölkələrdə, hətta Qərb dövlətlərində var belə praktika” deyib aldatmağa çalışmayın bizləri.

O “bir sıra dövlətlər” bəlli - Pakistandan tutmuş, Uqandayadək.

Qərb dövlətlərini də misal çəkməyin: Fransada və ya Hollandiyada din dərsini dinləyəcək azyaşlı auditoriya dünyəvi prinsiplərin tam bərqərar olduğu cəmiyyətdə doğulub, dözümlü ailələrdə yaşayırlar.

“Qiryət”, “yaxşı oğlan”, “qaqaş” təfəkkürünün at oynatdığı cəmiyyətdə vəziyyət fərqlidir.

Konstitusiyamızda da din dövlətdən ayrıdır. Çünki din dövlətdən, dövlət də dindən qorumalıdır özünü.

Din dərsləri keçilərsə, ölkədəki məktəblərdə yalnız müsəlman uşaqların təhsil almadığı ilə bağlı problem olacaq. Xristian, yəhudi, buddist uşaqlara ayələrdən bəhs edəcəksiniz?

Dinlərdə təriqətlər, icmalar, camaatlar, yəni camaatlar var. Belədə nə etməli?!

Təhsil müəssisələrində təbiət elmləri tədris olunur və o elmlər əsrlərlə davam edən eksperimentlər, teoremlərin isbatına əsaslanan biliklərə söykənir.

Dində isə hər şey aksiomdur. Deyilib, vəssalam.

Təbiət elmləri şagird və tələbələr arasında cinsi mənsubiyyətə görə əsla fərq qoymur. Din tədrisində belə olmayıb, çətin ki, ola.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *