vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
12:15 | 8 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç nə insan münasibətlərindən üstün deyil”

Fazil Mustafa birinci vitse-prezidenti təqdir etdi

Milli Məclisin üzvü Fazil Mustafa Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın son bir ayda vəfat edən eks-prezident xanımlarıyla bağlı qərarlarını təqdir edən status yazıb. Bilindiyi kimi, M.Əliyeva mərhum prezident Əbülfəz Elçibəyin və eks-prezident Ayaz Mütəllibovun vəfat edən xanımlarının hüzr məcslislərinin məsrəflərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi barədə qərar qəbul edib.

Deputat F.Mustafa bu barədə yazıb:

“Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç də hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir.

Bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı hər cür tərifəlayiq addım kimi, bu davranış da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır. Artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurəti hamımız düşündürməlidir. Yuxarıda qeyd etdiyim bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insani münasibətlərin zədələnməsinə, dəyərlərin aşılanmasına qətiyyən yol vermək olmaz. Bir çox hallarda bir qrup insanlar hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinirlər.

Eyni hal müxalifətdə olan insanların da ağır günlərində müşahidə olunur. İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm. Bu həm də Azərbaycan iqtidarına böyük nüfuz gətirən bəlkə də ən ciddi faktorlardan biri sayıla bilər”.