vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
16:04 | 26 iyul 2019 | Cümə Məqaləyə 2122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ali təhsildə inqilabi addım

Nazir: “Bakalavr təhsili alanlar üçün yeni standartlar müəyyənləşdirilib”

“Müəllimlərin peşəkar keyfiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində onların işə qəbulu imtahanları əsas faktora çevriləcək. Bu imtahanların nəticələri əsasında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərin nəticələri təhlil ediləcək, zəif cəhətlərin aradan qaldırılması məqsədilə işlər aparılacaq”. Bu sözlər təhsil naziri Ceyhun Bayramova aiddir.

Nazir pedaqoji kadr hazırlığında da artıq tədbirlərə başlanıldığını qeyd edib.

“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”-, deyə C.Bayramov bildirib.