vaxtlı-vaxtında oxuyun! Cümə, 13 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
01:42 | 7 avqust 2019 | Çərşənbə Məqaləyə 732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əməkhaqqı 550, təhsilhaqqı 5500 manat?

Ali məktəblərdə ödənişli təhsil ləğv edilməlidir

Qadir İBRAHİMLİ

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır. Bir neçə gündən sonra valideynlərin sevinci kədərinə qarışacaq – uşaq məktəbə qəbul olub, ancaq ödənişli ixtisasa. Kasıb valideyn üçün bundan böyük yük yoxdur. Övladını sındırmamaq üçün borc-xərc hesabına da olsa pulu tapmalıdır. Özü də 1 illik təhsil haqqını qabaqcadan ödəməlidir. Təsəvvür edin ki, orta aylıq gəliri 500—600 manat olan ailənin övladı yüksək Tibb Universitetinə daxil olub. ATU-də təhsil haqqı isə 5500 manatdır – ailənin 1 illik gəliri səviyyəsində. Məhz bu səbəbdən də hər ilə yüzlərlə savadlı tələbə təhsilini davam etdirə bilmir. Yerini isə ondan az bal toplayan, ancaq imkanları ailələrin övladları tutur. Gənclər həyatlarında ilk ağır zərbəsini alır və mənən sınırlar. Bu zərbə ömürləri boyu onları təqib edir və yaxşı vətəndaş ola bilməyəcək.

Orta aylıq gəlirin 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur. Və heç bir tənqidə dözmür.

Ümumiyyətlə, dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl universitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır. Ümumiyyətlə, universitetlərdə təhsil haqqının hansı kriteriyalarla müəyyənləşməsi bəlli deyil – hər rektor xəyalına uyğun təhsil haqqı müəyyən edir. Qızımın daxil olduğu Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə əcnəbilərə təhsil haqqı 2000 lirədir – 610 manat. BDU-da eyni ixtisas üzrə yerli tələblərə isə illik təhsil haqqı 2500 manatdır – düz 4 dəfə çox. Təbii ki, reytinqinə görə isə Uludağ Universiteti BDU-dan ən azı 4 dəfə öndədir – nə məntiq var, nə aydın kriteriya...

Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad edilməsi barədə qərar qəbul etsin. Bu həm xeyli aztəminatlı təbəqəni əhatə edəcək sosial layihə olar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *