vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:29 | 18 noyabr 2019 | Bazar ertəsi Məqaləyə 897 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yara tökmüş ağızlar

Yaxud qara piar, ağ yalan, qırmızı şər

Xalid KAZIMLI

Haqq sözdür: “Dəli quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi”.

Burada “dəli” sözü Məhəmməd Mirzəli adlı idbar məxluqu o qədər düzgün ifadə etmir. Amma onun etdiyi iyrənc hərəkət məhz quyuya atılmış daşdır və nə qədər ağıllı adam buna reaksiya verməli oldu.

Əslində isə heç hər hansı bir araşdırma aparmağa, təkzib verməyə ehtiyac yox idi. Nə adını bilərəkdən çəkmədiyimiz restoranda elə bir hadisə olmayıb, nə də bu barədə “qarsonlardan biri” qürbətdəki fantazyora məlumat verməyib.

Bu, sadəcə, əclafcasına düşünülmüş, səviyyəsiz bir uydurmadır. Bir şey deyil. Tərbiyəsi pozuq hər adam bundan da murdar şeylər düşünə, yaza və yaya bilər.

Heç kəsin ağzını bağlamaq mümkün deyil – xüsusilə də yara tökmüş ağızları.

Amma toy sahibi Nahid Canbaxışlı özünə əziyyət, ofisiantlara xəcalət verərək, araşdırma aparıb, kameralara baxş keçirib və xatircəm olub ki, onun oğlunun toyunda heç bir qonağa qarşı hər hansı iyrənc hərəkətə yol verilməyib.

Bunları keçək. Zatən bizim, toy iştirakçılarının hər hansı bir quşqumuz yox idi və adları çəkilən şəxslər heç də “toyda bolluca” yemək yeyən, əllərini hər təama uzadan deyillər.

Bu olayda diqqət yönəldilməli məqamlar başqadır.

Birincisi, Nahid Canbaxışlının “zurnalist” adlandırılmasına diqqət edək. Bu ifadəni nə vaxtsa kimsə məzə üçün səsləndirilib və illərdir dillərə düşüb, kimin hansı jurnalistdən xoşu gəlmirsə, ilk növbədə bu yarlığı yapışdırır. Hətta vaxtilə jurnalistlərin vasitəslə həlli müşkül problemini dəf edən adamlar da şələləri bellərinə düz gələndən sonra bu sözdən istifadə edirlər. Adi nankorluq.

Nahid Canbaxışlı isə sözün hər iki mənasında cəbhəçi olmuş adamdır. O, AXC üzvü olaraq könüllü döyüşçü kimi vuruşub, Naxçıvandan gələrək Qarabağda döyüşüb, Dövlətkarlı kəndində güllə yarası alıb. Nahid AzTV-də işə düzəlmək üzrə olduğu ərəfədə Qarabağ qazilərinin aclıq aksiyasına qoşulmuş və buna görə öz televizyaçı karyerasını baltalamış adamdır.

Ancaq belə çıxır ki, onun bu vətən üçün etdikləri heç nədir. Vaxtilə kiməsə qarşı nəsə yayıbsa, artıq övladının toy günündə belə təhqir olunmalı, murdar böhtana məruz qoyulmalıdır.

İkinci diqqət yeitiriləsi məqam rayonunda, kəndində insan sayılmayan, adı çəkiləndə yaxın qohumlarının belə üzlərini çevirdiyi, sözün əsl mənasında üzdən iraq birinin uydurduğu söhbətə həm “əcəb olub” reaksiyası verənlərin, həm də “qarson niyə belə edib” deyə etiraz edənlərin, bu iftiraya inanların olmasıdır.

Biz o statusu da, şərhləri də oxuduq, gülməli şeylər idi. Bu başqa birinin, ən qəvi düşmənimizin də haqqında yazılsa, biz ona inanmaz və dərhal mənfi-müsbət reaksiya verməzdik, anlayardıq ki, bu qara piarın ən ucuz və ən əxlaqsız üsullarından biridir.

Təəssüf ki, insanlar bəzən adi gözlə görünən şər-böhtanı ciddiyə alır və onun haqqında sırf həqiqətmiş kimi şərhlər yazırlar.

Bax, böhtançıların xitab hədəfi də məhz bu cür sadəlövh adamlardır. Onlar əmindirlər ki, vaxtaşırı quyuya bir daş atacaqlar, növbəti dezinformasiya yayacaqlar, çoxları inanacaq.

Fəqət bu cür adamlar anlamırlar ki, yalan-yanlış informasiyalarla, şər-böhtan dolu iddialarla heç nə əldə etmək mümkün deyil. Müasir dövrdə istənilən mətbu yalanın yarım gün ömrü var. Bəsit bir araşdırma, tutuşdurma aparırsan, hər şeyin yalan olduğu üzə çıxır.

Bununla belə, bu, əlində yalan bombası partlayanların vecinə də olmur, onlar qeyri-ciddi adam olduqları üçün nə yalan-böhtanlarına görə üzr istməzlər, nə də xəcalət çəkməzlər, hırıldaya-hırıldaya, irişə-irişə sosial şəbəkələrdə, saytlarda eşələnərlər ki, görsünlər, özləri demişkən, ilişməyə nə tapırlar. Heç nə olmayanda belə adlarını qara dəftərə saldıqları deputatların adından növbəti bir mübahisəli sitat paylaşır, adamları hədəf taxtasına çıxarıb söydürürlər. Bir müddətdən sonra bilinir ki, həmin deputatlar elə bir söz deməyiblər, yaxud da dedikləri kontekstdən çıxarılaraq təqdim olunub.

Elə bilirlər ki, bu effektiv mübarizə metodudur. Bu yolla nəyə nail olmaq olar? Guya təhqir olunan, söyülən iqtidar adamları bir gün bezəcək, “gəlin, hakimiyyəti verək sizə, amma bizimlə işiniz olmasın”, mədəni müxalifətçilər isə “buyurun, meydan sizin olsun” deyəcəklər?

Heç biri olmayacaq. Əksinə, belə adamların özlərinin adları hansısa “qara dəftər”lərdə yer alacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *