vaxtlı-vaxtında oxuyun! Bazar, 5 aprel 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
14:40 | 14 mart 2020 | Şənbə Məqaləyə 86 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər şey nəzarətdədir

Panikaya ehtiyac yoxdur

Səbuhi SƏDƏF

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Əslində Azərbaycan koronavirusla bağlı ilk həyəcan təbili çalınandan ciddi tədbirlər həyata keçirməyə başladı. Təqdirəlayiq hal odur ki, Azərbaycan hökuməti bu problemə az qala milli təhlükəsizlik məsələsi kimi yanaşdı. Virusun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan edilməsindən sonra Azərbaycan bütün müstəvilərdə təcili və təxirəsalınmaz addımlar atmağa başladı. Təsadüfi deyil ki ÜST kimi nüfuzlu beynəlxalq qurum Azərbaycanı bu təhlükənin ölkə əhalisinə təsirini minimuma endirmək üçün səmərəli tədbirlər həyata keçirən ölkələrdən sayır.

Nazirlər Kabineti yanındakı Operativ Qərargahın dünən verdiyi qərar ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirməsinə səbəb oldu. Vaxtında verilmiş bu qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməməsinə, xəstəliyin insanlar arasında yayılmamasına imkan verəcək. Bu qərarın icrası vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib.

Amma bu məsələdə vətəndaş məsuliyyəti də önəmli rol oynayır. Əgər virus təhlükəsi bir yandan milli təhlükəsizlik məsələsidirsə, digər yandan həm də milli həmrəylik məsələsidir. Hamıdan tutduğu mövqedən, baxışlarından asılı olmayaraq maksimum diqqətli və məsuliyyətli olmaq tələb olunur.
Hamı dərk etməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Odur ki, hamı məcburən elə məhz bu səbəblərdən toy şənlikləri, yas mərasimləri, habelə nəzərdə tutulmuş kütləvi tədbirlərin hansı səbəbdən təxirə salınmasının mahiyyətini dərk etməlidir. Həmrəylik göstərməlidir. Çünki mövcud vəziyyət, tətbiqinə başlanan qaydalar Azərbaycan xalqının təhlükəsizliyini, sağlamlığını qorumaq üçün atılan vacib və zəruri addımlardır.

Bir məsələni də unutmayaq ki, Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Dünyanın İtaliya kimi hegemon dövlətində koronavirusun hansı fəsadlara, faciəyə səbəb olduğu barədə dünyanın bütün KİV-i yazır. Amma Azərbaycanda görülən real və effektli tədbirlər nəticəsində bu sarıdan ölkədə vəziyyəti qənaətbəxş saymaq olar. Məsələn, elə bu gün Operativ Qərargahın yaydığı xəbərdə deyilir ki, koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Milli təhlükəsizlik məsələsindən danışarkən bir məqama da toxunmamaq olmur. Söhbət informasiya təhlükəsizliyindən gedir. İstər KİV, istərsə də müxtəlif sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, indiki məqamda onların bir nömrəli vəzifəsi insanları maarifləndirmək, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməmək, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməkdir. Hansısa “Niquş”un statusunu tirajlamaq, bu və ya digər şəhərin xlorlanacağı kimi cəmiyyətdə çaşqınlıq yaratmaq kimi məlumatalrın yayanlar barədə ən ciddi tədbirlər görülməlidir.

Artıq dünəndən əsassız yerə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

Hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır.

Hamıya aydındır ki, yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır. Onların tənbehi və cəzalandırılması mütləqdir. Bu məsələdə informasiya manipulyasiyasına yol verənlərə də güzəşt olunmamalıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *