vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 sentyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:35 | 9 aprel 2020 | Cümə axşamı Məqaləyə 902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Leksikonda düzəliş olunmalıdır ...

“Böyük Vətən müharibəsi”, yoxsa “İkinci Dünya müharibəsi”?

Cavid İSMAYIL

Milli Məclisin “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" adlı Azərbaycan Respublikasının yubiley medalını təsis etməsi parlamentdə də, cəmiyyətdə də birmənalı qarşılanmayıb. Bunun lehinə olanlar da var, əleyhinə olanlar da.

Lehinə olanlar vaxtilə SSRİ-nin 15 respublikasından biri kimi ata-babalarımızın faşizmə qarşı mübarizə apardığını, əleyhinə olanlar isə SSRİ-nin mövcud olmadığını və həmçinin bizim vətənimiz olmadığını əsas gətirirlər. İkincilərin fikrincə, medalın adındakı “Böyük Vətən müharibəsi” sözü “İkinci Dünya müharibəsi” sözü ilə əvəzlənməlidir.

Şəxsən mən ikinci mövqeyi müdafiə edirəm. Bir neçə səbəbdən:

 

1. 1939-1945-ci illərdəki müharibə Azərbaycan ərazisində, yəni klassik anlamdakı vətənimizdə getməyib. Bu səbəbdən biz azərbaycanlılar Vətənimizi qorumaq üçün yox, bəşəriyyəti faşizm bəlasından xilas etmək uğrunda döyüşmüşük.

2. Azərbaycanlılar təkcə SSRİ hərbçiləri kimi yox, həm də Avropadakı partizan hərəkatlarının üzvləri kimi bu müharibədə iştirak ediblər. Yəni faktiki olaraq o vaxtkı SSRİ adlı vətənlərini deyil, Avropanı qoruyublar məntiqlə. Bu səbəbdən “Böyük Vətən müharibəsi” sözü Avropada döyüşən partizan azərbaycanlıları bir qədər çıxdaş etmək sayılmırmı?

3. Vətən mücərrəd anlayış deyil, konkret torpaq ərazini ifadə edən məfhumdur. İnsanlar da, hökumətlər də, dövlətlər də gəldi-gedərdir, Vətən isə əbədi. Məsələn, Bu gün Suriya dövləti məhv olub tarix səhnəsindən silinsə belə, o torpaqlarda kimsə yaşamasa da, vətənindən qaçqın düşən suriyalıların vətəni yenə də Suriya olaraq qalacaq.

4. SSRİ adlı dövlət həm də azərbaycanlıların öz vətənlərində qurduğu Xalq Cümhuriyyətinin işğalı bahasına yaranıb. Belə çıxır ki, 1918-1920-ci illərdə bizim vətənimiz Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1991-ci illərdə isə SSRİ olub?

5. “1991-ci ilə qədər vətənimiz SSRİ olub, 1991-ci ildən sonra Azərbaycan Respublikasıdır” demək də olduqca gülməli səslənər. Çünki “Vətən daimidir, ömür amanat”.

 

Sadaladığım bu səbəblərdən hesab edirəm ki, Azərbaycan Respublikasında elmi-siyasi və tarixi leksikonda “Böyük Vətən müharibəsi” əvəzinə “İkinci Dünya müharibəsi” yazılmalı və səslənməlidir. Və bu, qətiyyən ata-babalarımızın sözügedən müharibədəki xidmətlərinin üstündən xətt çəkmək deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *