vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
13:41 | 21 aprel 2020 | Çərşənbə axşamı Məqaləyə 257 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Analogiyalarla bənzətmə ustadı - Anaksimandr

Məktəb fəlsəfəsi (4-cü dərs)

Etibar ƏLİYEV

Bundan əvvəlki dərsdə Milet məktəbinin ilk nümayəndəsi Fales haqqında danışmışdıq.

Milet məktəbinin ikinci filosofu Anaksimandr (e.ə. 611-546) sayılır. Antik mənbələrdən məlumdur ki, Anaksimandra qnomonu (günəş saatı) ixtira etmiş və ilk coğrafi xəritəni çəkmişdir. Anaksimandr öz sələfinin dünyanın yaranması haqqında nəzəriyyəsini qəbul etmirdi. O, heç cür razılaşa bilmirdi ki, hər şey sudan yaranmışdır. Bütün nəsnələrin yarandığı ilkin maddə onun formalarından biri ola bilməz, çünki materiyanın müxtəlif formaları daim bir-biri ilə mübarizədədir: isti soyuğu, yaş qurunu inkar edir. Bu isə müvazinətin mövcud olmasından xəbər verir. Əgər materiyanın hər hansı bir forması aparıcı olsaydı, onda o çoxdan o birilərinə qalib gələrdi. Anaksimandra görə ilkin materiya “sonsuzluqdur” və o bütün istiqamətlərdə mövcuddur. Filosof bu sonsuzluğu “apeyron” (sərhədsizlik) adlandırdı. Anaksimandr naturfəlsəfənin (natura latınca “təbiət”) əsas problemini həll etməyə çalışırdı və göstərmək istəyirdi ki, ilkin elementdən hansı formada maddi aləmin sonsuz müxtəlif xassələri təşkil olunur. O deyirdi: “əsas məsələ ədalət qanunu ilə bağlıdır ki, məhz onun sayəsində dünya stixiyasının tarazlığı saxlanılır.”

Filosofa görə tarazlıq qanunu vəziyyətlərin heç birinin digərini üstələməsinə imkan vermir. Elə buradan o, apeyron ideyasından daha maraqlı ideya, kosmoqoniya ideyasını - dünya və kosmosun mənşəyi haqqında nəzəriyyəni irəli sürdü. Anaksimandr Darvindən xeyli əvvəl öz kosmoqoniyasında məşhur təkamül təliminin ilkin konturlarını vermişdi. Bəllidir ki, kainatın formalaşması prosesində əsas rolu əskiklərin mübarizəsi oynayıb. Bu fövqəladə ideya 2500 il ərzində xeyli fəlsəfi və elmi nəzəriyyələrin mənbəyi olmuşdu. Məsələn, götürək bizim üçün çox sadə görünən elektrik yükünü. 1734-cü ildə Şarl Lüfe və Benjamin Franklin müsbət və mənfi adlandırdıqları iki növ elektrikliyin mövcudluğunu kəşf edəndə insan təfəkkürü yeniliyi “həzm” edə bildi, ağlı çox sarsılmadı. Ona görə ki, Anaksimandrdan başlayaraq ağlımız dialektik düşünməyə artıq vərdiş etmişdi.

Milet məktəbinin üçüncü nümayəndəsi Anaksimen (e.ə.585-524) haqqında bizə gəlib çatan məlumatlar azdır. Bu filosof da sələfləri kimi təbiətin hansı ilkin başlanğıc elementdən təşkil olunmasını müəyyən etməyə çalışırdı.

O, sualı belə qoyurdu: nəyə görə təbiətin əsasını daş, od, ağac yox, məhz su təşkil edir. “Təbiət rəngarəng olduğu üçün ilkin əsas da sonsuz və daimi ola bilər. Bunu nəzərə alaraq deyə bilərik ki, su uyğun tələbatı ödəyə bilmir. Həm də Yer kürəsində suyun həcmi, yox olması, buxarlanması ona imkan vermir ki, o ilkin maddə olsun”.

Anaksimandr hesab edirdi ki, belə ilk materiya ancaq sonsuz, özündə hər şeyi saxlayan, həyat əhəmiyyətli element olan “hava” ola bilər. Filosof “Təbiət haqqına” əsərində yazırdı: “Hava hər şeyi özündə ehtiva edir, Ruhumuz hava olmaqla bizim hər birimizi birləşdirdiyi kimi, eləcə də tənəffüs və hava bütün kainatı idarə edir.” Məsələn sıxılmış hava ilk olaraq külək yaradır, gərginləşən havadan isə göydə bulud, bundan da su əmələ gəlir.

Rəvayətə görə bir dəfə şagirdi Anaksimenə belə bir sual verir: “Mənə deyə bilərsinizmi, siz hər şeydən baş çıxarırsınız, lakin nədən sizi həmişə şübhələr əldən salır? Siz uzun həyat yaşamısınız, kifayət qədər təcrübəniz var, necə olur ki, hələ sizə aydın olmayan suallar qalır”. Sualı dinlədikdən sonra filosof biri böyük, digəri kiçik iki dairə çəkir. “Sənin biliyin kiçik dairə, mənimki isə böyük dairədir. Bu dairələrdən kənarda nə varsa məlum deyil. Kiçik dairə məlum olmayanlara az toxunur. Sənin bilik dairən genişləndikcə onun məlum olmayanlara toxunması da genişlənəcək. Yəni sən nə qədər yeni şeylər bilsən, səndə daha çox suallar yaranacaq.”

Anaksimen çox vaxt gündəlik həyatdan və təcrübədən götürdüyü bənzətmə “analogiya” metodundan istifadə edirdi. Bununla əlaqədar o, belə bir misal gətirirdi: Başımızın ətrafında papağımızın fırlandığı kimi Göy qübbəsi də Yerin ətrafında fırlanır. Həmin müqayisə Yunan elmi təfəkkürünə, həm də atomistlərə böyük təsir göstərmişdir.

Növbəti dərs Pifaqor və Heraklit haqqında olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *