vaxtlı-vaxtında oxuyun! Cümə, 7 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
13:06 | 18 iyul 2020 | Şənbə Məqaləyə 98 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bəzən mənə “drampozitor” deyirlər”

Ruhəngiz Qasımova: “Yazdığın əsəri mütləq bütün qəlbinlə hiss etməlisən”

Lalə AZƏRİ

O, həmişə gülərüz və şəndir. Həmişə pozitiv əhvalı, gözlənilməz zarafatları ilə ətrafındakı insanlara xoş əhval bəxş edər. Yazını hazırlayarkən 20 ilə yaxındır mədəniyyət sahəsindəki tədbirlərdə onunla rastlaşdığım məqamları xatırlayıram. Bəstəkarlar İttifaqında, həmkarlarının yubileylərində, premyeralarda, festival və konsertlərdə... heç zaman onu qaşqabaqlı, simasında narazılıq görmədim. Deyirlər ki, insanın ömrünü uzadan amillərdən biri də onun hər zaman şad, mənfi energetikadan uzaq olmasıdır.

İyulun 12-də 80 yaşını qeyd edən tanınmış bəstəkar, yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Ruhəngiz Qasımova məhz belə insanlardandır.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı ildə Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirdikdən sonra, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Görkəmli bəstəkar Cövdət Hacıyevin sinfində təhsil alıb. Ruhəngiz xanım tələbəlik illərini, sevimli müəllimini belə xatırlayır: “Cövdət müəllim gözəl bəstəkar və pedaqoq idi. Öz tələbələrinə böyük sevgi ilə yanaşırdı. Məsuliyyətli tələbələri dəyərləndirirdi. Həmişə deyirdi ki, bəstəkar ilk növbədə ciddi musiqi yazmağı bacarmalı, daha sonra digər janrlara müraciət etməlidir. Mən bu gün fəxr edirəm ki, vaxtilə Cövdət müəllim məni bir tələbəsi olaraq yüksək qiymətləndirmiş və mənimlə qürur duyduğunu bildirmişdi”.

Ruhəngiz xanım 25 ildən artıq Azərbaycan Dövlət Televiziya və Radiosunda çalışıb. Eləcə də müxtəlif mətbu orqanlarda yazılarla çıxış edib. “Babamın muzeyi” adlı kitabın, 200-dən çox bədii əsərin müəllifidir.

Zəngin yaradıcılığa malik bəstəkar yüzdən artıq televiziya, onlarla cizgi, sənədli və bədii filmin musiqi müəllifidir. “Dvorjakın melodiyası”, “Asif, Vasif, Ağasif” bədii filmləri bu sırada özünəməxsus yer tutur.

Onun mahnılarını tanınmış ifaçılar səsləndirir. Bəstəkar deyir: “Yaradıcılığım boyu əfsanəvi ifaçı və şairlərlə işləmək düşüb qismətimə. Uşaqlıqdan musiqiyə həvəsli olmuşam. Hələ kiçik yaşlarımdan oxumağı, müğənniləri yamsılamağı çox sevirdim. Əgər yaradıcılıq yolumda Rəşid Behbudov və Rafiq Babayevlə qarşılaşmasaydım, yəqin ki, özümü mahnı bəstəkarı kimi təsdiq edə bilməzdim. Rəşid Behbudov sənətinin vurğunu idim. Onunla şəxsi tanışlığıma görə özümü xoşbəxt bəstəkar hesab edirəm. O, mənim bir neçə mahnımı möhtəşəm şəkildə ifa edib. O vaxt gənc bir bəstəkar kimi bu mənim üçün böyük məsuliyyət idi. Bu, məni sövq edirdi ki, həmişə məsuliyyəti olum ki, Rəşid müəllim mənim mahnılarıma yenidən müraciət etsin. Rəşid Behbudov dahi ifaçı, görkəmli şəxsiyyət, maraqlı insan idi. Bu gün artıq əfsanəyə çevrilən Vaqif Mustafazadə ilə, “Qaya” vokal kvarteti, gözəl opera müğənnimiz Xuraman Qasımova, unudulmaz Lütfiyar İmanovla birgə çalışmışam. Yaradıcılığımın çox hissəsində Xalq şairi Fikrət Qocanın şeirlərinə müraciət etmişəm. Onunla birgə əməkdaşlıq məni ilhamlandırdı və bir gün artıq özüm mahnılara mətnlər yazmağa başladım”.

Firəngiz xanım bir çox əsərlərini özü ifa edib. Bu barədə söz düşərkən yarızarafatla deyir: “Düzdür, bu bir az eqoist səslənsə də, demək olar, belə alınırdı: “yazmışam özüm, oxuyuram özüm”. Əsərlərimi ifa etməyi ilk olaraq mənə Rəşid müəllim tövsiyə etmişdi. Bir dəfə mahnılarımdan birini dinləyərək dedi: “Rufoçka, bəlkə bu mahnını özün ifa edəsən. Bəzən bəstəkar özü daha yaxşı hiss edir yazdığı mövzunu”.

Yubilyar qeyd edir ki, dostlarım bəzən mənə “drampozitor” deyə müraciət edirlər. Bu ifadə özündə dramaturq və bəstəkar (kompozitor) sözlərini cəm edir: “Əgər hər hansı bir mövzuda əsər yazırsansa, onu mütləq bütün qəlbinlə hiss etməlisən. Əgər belə deyilsə, yazmamaq daha yaxşıdır. Hər bir yaradıcı insanın ərsəyə gətirdiyi əsərlər onun övladlarıdır. Və hər kəs öz yaratdığını bu baxımdan qüsursuz hesab edə bilər. Necə ki, insan öz övladında qüsur görmədiyi kimi. Çalışmışam ki, bütün yaradıcılığım boyu, necə deyərlər, bu vəziyyətdən qaçım. Əsərimi yazmağa başladığım ağ vərəqdə ilk olaraq onun adını qeyd edirəm. Və hər şey bundan başlanır. Daha bir həssas məqam var: istədiyin hər şeyi yaza bilərsən, yetər ki, yazdığın sənin adına və ünvanladığın auditoriyaya layiq olsun. Yaxşı, gözəl, peşəkar və layiqli yazmağı məqsəd kimi qarşına qoymalısan. Və ən əsası, tamaşaçıya çatdırmağı bacarmalısan ki, işinə olan marağı, alqışları eşidə biləsən. Təkcə bu sonuncu məqam üçün yazıb-yaratmağa dəyər”.

Bu gün sevə-sevə baxdığımız “Yollar görüşəndə”, “Qonşu qonşu olsa...” kimi musiqili tamaşalarla yanaşı, yubilyar həm də “Quyu”, “Qızıl oğlan”, “Aycan”, “Puşkinin nağılları” və digər musiqili tamaşaların müəllifidir – dramaturq və bəstəkar kimi.

Musiqi mədəniyyətimizdə özünəməxsus yeri olan Firəngiz xanımı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, onun iş masasının üzərində musiqisevərlərə təqdim olunmaq üçün hazır əsərləri var...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *