vaxtlı-vaxtında oxuyun! Cümə, 7 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
10:09 | 28 iyul 2020 | Çərşənbə axşamı Məqaləyə 67 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalist Əmrah Fəqanoğlu vəfat edib

Koronavirus daha bir jurnalisti aramızdan apardı

İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu bu gün səhər saatlarında vəfat edib. Bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. Ə.Fəqanoğlu “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş, süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub.

“Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib. ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktor müavini kimi də fəaliyyət göstərib.

2018-ci ilin avqustunda İctimai Televiziyada fəaliyyətə başlamışdı. Son günlərədək İTV-də çalışırdı.

Ə.Fəqanoğlu "Media açarı" mükafatı laureatıdır.

Mərhum jurnalist “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı kitabların müəllifidir.

Allah rəhmət eləsin...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *