vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
10:02 | 1 avqust 2014 | Cümə Məqaləyə 1769 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə hesabatlara etibar etmək olmaz»

Dini Komitənin yeni sədri danışdı

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda dini problemlər mövcud deyil. ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir. Onlar bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayırlar».

Modern.az saytının məlumatına görə, bu sözləri «Vestikavkaza» xəbər portalına açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, ABŞ Dövlət Departamentinin Azərbaycanda dini vəziyyət haqqında hazırladığı hesabatı şərh edərkən bildirib ki, bu, qeyri-obyektivdir. Komitə sədrinin sözlərinə görə, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanda dini təhsillə bağlı fikirləri həqiqətdən uzaqdır.

Mübariz Qurbanlı Azərbaycanın tolerant ölkə olmasına da diqqət çəkib: «Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqlarına riayət edilir. Azərbaycanın tolerantlığı dünya üçün nümunədir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, amma müxtəlif dinlərin nümayəndələri tez-tez görüşüb vacib məsələləri müzakirə edirlər».

Komitə rəhbəri Con Kerrinin hesabatının keçənilki olduğunu da vurğulayıb. Mübariz Qurbanlı vurğulayıb ki, belə hesabatlara etibar etmək olmaz.

«Bu cür hesabatlar adətən, qəzet, jurnal məlumatları əsasında hazırlanır. Bu məlumatlar faktlarla əsaslandırılmamış ola bilər. Tamamilə yanlışdır. Bu cür məruzələr diqqətlə yoxlanılmalıdır. Dünya artıq belə hesabatlara insanlar öyrəşiblər. Azərbaycan, Çin, Rusiya Xarici İşlər nazirlikləri ABŞ-da dini icmaların hüquqları ilə bağlı tədqiqat apara bilərlər. Biz də ABŞ qəzet və jurnallarından dini problemlərlə bağlı asanlıqla məlumatlar əldə edə bilərik. Bütövlükdə Qərb ölkələrində onlarla dini cərəyana qadağalarla bağlı nümunələr göstərmək olar. Həmin icmalara öz fəaliyyətlərini azad həyata keçirmək üçün imkanlar verilmir».

Məscidlərlə bağlı ABŞ xarici siyasət idarəsinin yazdıqlarına gəlincə, Mübariz Qurbanlı bunun da mötəbər olmayan mənbələrdən əldə edildiyini bildirib.

«Azərbaycanda Sovet vaxtı cəmi 17 məscid var idi. İndi isə məscidlərin sayı 2  minə yaxındır. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda bu qədər məscid olmazdı» - deyə Mübariz Qurbanlı söyləyib.

Qeyd edək ki ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının illik hesabatında Azərbaycan tənqid edilib. Məruzədə Azərbaycanda dini motivlərlə 51 nəfərin həbs edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycanda dini icmaların fəaliyyətinə məhdudiyyətlər qoyulduğu, daha çox Azərbaycandakı şiələrin guya təzyiqə məruz qaldıqları vurğulanıb.

Xatırladaq ki, hesabat 2013-2014-cü il aprel ayı üçün olan dövrləri əhatə edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *