vaxtlı-vaxtında oxuyun! Şənbə, 7 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
16:08 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qulp» həssas yerimdir»

Mübariz Əsgərov: «Öz aramızdır, mənim də, sadiq...»

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qulp» bəlkə də mənim üçün jurnalistikada keçdiyim -arxada qoyduğum bir yoldur. Düzdür, bəzən mən o yola yenidən qayıtmaq istəyirəm. Özü də çox istəyirəm, amma məndən asılı olan və olmayan məsələlər var».

Bunu Moderator.az saytına tanınmış telejurnalist Mübariz Əsgərov «Bir zamanların məşhur «Qulp» proqramı yenidən ekranlara qayıdacaqmı?» sualına cavab verərkən bildirib.

Qeyd edək ki, 20 il bundan əvvəl əvvəlcə AzTV, daha sonra isə ANS telekanalının ekranlarını bəzən «Qulp» proqramı Azərbaycan televiziya tarixinin ən uzunömürlü satirik telelayihəsi olub.

Həmin layihənin müəllifi Mübariz Əsgərov açıqlamasında həm «Qulp», həm də gələcək televiziya planları haqqında məlumat verib:

«Hal-hazırda layihə rəhbəri olduğum «Rezonans» proqramı ARB TV-də yayımlanır. Üzərində işlədiyim və hazır telelayihələrim var. Allahın və yaxşı adamların köməyi ilə yəqin ki, reallaşanları olacaq. Amma yaradıcılığımda «Qulp» mənim həssas yerimdir. Özü də təkcə mənim yox. Bu günlərdə Azərbaycan Televiziyanın yaranmasının 60 illiyi qeyd olundu. Həmin 60 illik tarixdə «Qulp»dan savayı 20 il efirə gedən satirik publisistik  proqram olmayıb. «Qulp» 1992-ci ilin noyabr ayında ilk dəfə AZTV-də efirə çıxıb. Öz aramızdır, mənim də, sadiq tamaşaçılarımın da bayramıdır. Təbrik edirəm».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *