
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Belarusda 52 məhkum əfv edildi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Diplomat kimi fəaliyyət göstərən agentə 72 saat vaxt verildi
Polşanın ÜDM-si trilyon dolları aşdı
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
“Təbiət müttəfiqdir, biz onu istifadə etmək istəyirik”
Belarusda hakimiyyətə qarşı təxribat hazırlayan onlarla silahlı şəxs saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko Mogilyovda «Kronospan» müəssisəsinin əmək kollektivi ilə görüşdə bildirib.
Lukaşenko deyib ki, xaricdə olan belaruslu vətənpərvərlər hüquq-mühafizə orqanlarını təxribat planı haqda əvvəlcədən məlumatlandırandan sonra əks tədbirlər görülüb. Prezidentin sözlərinə görə, Belarusun xaricdəki səfirliyinə gələn bir qadın yazılı məktub təqdim edib. Məktubda Belarusda təxribat hazırlandığı barədə xəbərdarlıq qeyd edilib.
«Biz də araşdırmağa başladıq və çox maraqlı şeylər üzə çıxdı»,- deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, təxribatçılar tutulduğundan, artıq detallı şəkildə araşdırma aparılacaq ki, bu işə pul haradan gəlib, kim hazırlıqla məşğul olub, hansı ölkələrdən müvafiq adamlar plana qoşulublar və s.
Lukaşenko təxribatçıların xüsusi düşərgədə hazırlandığını qeyd edib. O, bu düşərgələrin həm Belarusda, Ukraynada, eyni zamanda Polşa və Litvada yerləşdiyini istisna etməyib.
Lukaşenkonun sözlərinə görə, təxribat üçün ayrılan pullar Litva və Polşa vasitəsilə Belarusa gətirilib.
Prezident onu da vurğulayıb ki, Belarus istənilən təxribata qarşı mübarizəyə həmişə hazırdı. O, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.