vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
17:19 | 18 may 2017 | Cümə axşamı Məqaləyə 2872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Narahatıq...»

Qazaxıstan xarici işlər naziri: «Azərbaycan Beynəlxalq Bankı mürəkkəb vəziyyətə düşüb, narahatıq...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan xarici işlər naziri bu ölkənin Vahid Pensiya Yığım Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılan 220 milyon dollarına görə narahatdır. Virtualaz.org xəbər verir ki, nazir Kayrat Abdrahmanov XİN-in vətəndaşların haqlarını və milli maraqları xaricdə müdafiə etmək üçün əlindən gələni etdiyini, pensiyaçıların Azərbaycan bankına yatırılan pullarına görə də bütün səyləri göstərəcəklərini bildirib.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcunu dövlətə transfer etmək üçün restrukturizasiya planını elan edib. Habelə xarici aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəməsinə müflisləşmə barədə iddia verib. Restrukturizasiya planı gələn həftə Londonda bank rəhbərliyi ilə investorlar arasında keçiriləcək danışıqlarda müzakirə olunmalıdır. Bank restrukturizasiya planını elan edəndən sonra üzə çıxıb ki, Qazaxıstanın Vahid Pensiya Yığım Fondu 220 milyon dolları Azərbaycan Beynəlxalq Bankına yatırıbmış. Nəticədə Qazaxıstanda həmin pulların batacağına dair narahatlıqlar yaranıb. Bəzi deputatlar fondun menecmentini vəsaitləri riskli banka yatırdıqlarına görə cəzalandırmağa çağırır. Azərbaycan Beynəlxalq Bankı isə bildirir ki, narahatlıq üçün əsas yoxdur, borclar ödəniləcək.