vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:33 | 19 may 2017 | Cümə Məqaləyə 3017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xəzərin statusu konvensiyasının böyük bir hissəsi razılaşdırılıb

Qriqori Karasin: «... Bütün tərəflər qarşıya qoyulan məqsədə çatmaqda maraqlıdırlar»

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Rusiyanın Həştərxan şəhərində Xəzərətrafı ərazidə yerləşən dövlətlərdəki Rusiya səfirlərinin iştirakı ilə geniş tərkibli iclas baş tutub. «Kommersant» yazır ki, Xəzər məsələsi Xarici İşlər Nazirliyi yanında Rusiya subyektləri rəhbərlərinin iştirakı ilə gələn həftə keçiriləcək toplantıda müzakirəyə çıxarılacaq. Bu tədbirlərdə əsas müzakirə mövzusu isə Xəzəryanı dövlət başçılarının görüşünə hazırlıq məqsədi daşıyır. Rusiya hakimiyyət orqanları ümid edirlər ki, həmin toplantıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə Konvensiya nəhayət ki, qəbul olunacaq.

Moskvanın 20 ildən artıq həllini tapmayan problemin yaxın vaxtlarda həllinə nail olunacağına nədən belə bir ümidlə yanaşdığını Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin aydınlıq gətirməyə çalışıb. Diplomat «ötən il Xəzəryanı XİN rəhbərlərinin iclasında tez bir zamanda dənizin statusunun müəyyən edilməsi üzrə Konvensiyaya imza atıldı. Lakin birdən-birə sakitlik hökm sürdü. Bunu nə ilə izah edərdiniz» sualına «çoxtərəfli danışıqlar, xüsusən də konvensiya kimi məsələlərlə bağlı razılıq tez həllini tapmır. Xəzərin hüquqi rejimini qurmaq üçün uzunmüddətli perspektivə söykənmək gərəkdir. Beş ölkənin müxtəlif idarələri dənizin müasir tələblərinə cavab verən beynəlxalq hüquqi rejiminin müəyyən edilməsinin bütün nüanslarını işləyib hazırlayırlar. Və sakitlik kimi qeyd edilən dövrdə intensiv, bir çox hallarda bəzi məsələlər üzrə konfedesial məsləhətləşmələr aparılır», - deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, ötən il XİN rəhbərlərinin görüşündə həqiqətən də yekun mətnə yaxınlaşmaq mümkün olub. «Buna da prezidentlərin 2014-cü ildə Həştərxan görüşündən sonra mümkün oldu. Həmin görüşdə Xəzəryanı dövlətlərin rəhbərləri, o cümlədən Rusiya maksimal şəkildə qarşılıqlı güzəştlərə getməyə razılıq verdilər».

Q.Karasin bildirib ki, Konvensiyanın yekun mətnində tərəflərin qəbul etdiyi təkliflər sahilyanı dövlətlərin hamısının milli maraqları qorunmaqla nəzərə alınıb: «Konvensiya Xəzərdə təhlükəsizlik zonalarının yaradılmasına, mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına təminat verir. Bundan əlavə iqtisadi, energetika, nəqliyyat sahəsində qarşılıqlı mənfəət gətirən layihələrin inkişafı üçün əlverişli şərait yaradılması da burada əks olunub. Eləcə də, gəmiçilik və naviqasiya rejimlərinin təminatı da orada qeyd edilib. Balıqçılıq və bioresurs ehtiyatlarından birgə idarə, tədqiqatların aparılması da Konvensiyada əks olunub». Nazir müavini vurğulayıb ki, «bütün bunlar Xəzəryanı dövlətlərin ətrafında yaşayan milyonlarla insanın, həm Rusiya, həm də digər dövlətlərdə yaşayanların arzularını əks etdirir». Rusiya XİN rəsmisi Konvensiyanın yekun olaraq nə vaxt tərtib olunacağı ilə bağlı suala belə cavab verib ki, «Həştərxanda keçirilən toplantıda bizim Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan üzrə səfirlərimizin, eləcə də, müvafiq istiqamət üzrə hər ölkənin məsul əməkdaşlarının, Həştərxan vilayəti rəhbərlinin, XİN-in mərkəzi aparatının işçilərinin iştirakı ilə vəziyyət hərtərəfli analiz edilib. Gəlinən nəticə odur ki, real olaraq Konvensiyanı final mərhələyə çatdırmaq və onu Qazaxıstanda planlaşdırılan beşinci Xəzər sammitində imzalamaq nəzərdə tutulub».

Rusiyalı diplomat Transxəzər qaz kəməri layihəsinin Konvensiyayanın razılaşdırılmasına hər hansı maneə yaratma ehtimalından də bəhs edib. O bildirib ki, danışıqlarda hamını qane edəcək sualtı boru xətlərinin inşasının ümumi formulunun işlənib hazırlanması nəzərdən keçirilir: «Burada neft-qaz nəqli ilə məşğul olan beş dövlətin iqtisadi ehtiyaclarının artması nəzərə alınıb. Eləcə də, dənizin dibi il keçəcək kəmərlər vasitəsilə daşınacaq karbohidrogen ehtiyatları, eləcə də onun ətraf mühitə vura biləcəyi ziyan diqqətə alınıb». Xəzərin karbohidrogen ehtiyatlarının əhəmiyyətli hissəsinin kimə məxsus olması barədə mübahisələrin həlini tapması ilə bağlı suala rusiyalı diplomat belə cavab verib: «Siz Xəzərin cənub və orta hissəsində həlini tapmayan məsələləri nəzərdə tutursunuzmu? Bizim cənubdakı həmkarlarımız hələ ki, ola bilsin Rusiya, Qazaxıstan və Azərbaycanın təcrübəsini nəzərdən keçirirlər. Bu üç dövlət hələ 2000-ci ilin əvvəllərində nəinki dənizin dibinin bölünməsi ilə bağlı saziş imzalayıblar, həm də çox əhəmiyyətli şəkildə əməkdaşlıq edirlər. Artıq mineral resursların birgə kəşfiyyatı və çıxarılması üzrə əməkdaşlıq edilir. O ki qaldı suya, beş dövlət ümumi sənəddə - Konvensiyada bu məsələni nizamlayırlar. Mənin əvvəldən də dediyim kimi, suyun dibinin istifadəsi üzrə qonşular öz aralarında razılaşmalıdırlar.  Konvensiya bütün bu məsələlərin münaqişəsiz həlli üçün əsas yaradır».

Nazir müavini sonda 20 ildən müzakirə olunan Konvensiya ilə bağlı davam edən danışıqlarda yekun nəticə əldə olunmasına əsas olub-olmamasına da aydınlıq gətirib. «Mən ümumiyyətlə «sıçrayış» sözünü xoşlamıram. Bu özündə hansısa bir radikal keyfiyyət dəyişikliyini ehtiva edir. Mən daha çox işdə evolyusiya, iddialı nəticə barədə danışmağı xoşlayıram. Belə bir təəssürat yaranır ki, bütün tərəflər qarşıya qoyulan məqsədə çatmaqda maraqlıdırlar. Mənə elə gəlir ki, biz düzgün yoldayıq və nəticəyə çatmaq yolunda sanki əl uzatmaq məsafəsindəyik. İndi əsas olan məsələyə ağıllı yanaşma və razılaşmaq qabiliyyətidir», -  deyə nazir müavini vurğulayıb.