vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
12:26 | 29 iyun 2017 | Cümə axşamı Məqaləyə 4197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABB Nyu-Yorkda məhkəməni uddu

Amerikalı hakim Haritti Azərbaycan bankının xeyrinə qərar çıxarıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcunun restrukturizasiyası mərhələsində kreditrorların müflisləşmə barədə iddialarından qorunmaq üçün Nyu-York məhkəməsində qaldırdığı iddia üzrə işi udub. Virtualaz.org «Fox News»a istinadən xəbər verir ki, məhkəmə bankın bir qrup kreditorlarının qaldırdığı iddianı təmin etməyib və Beynəlxalq Bankın restrukturizasiya prosesində aktivlərinin qorunması barədə qərar çıxarıb.

Bankın hüquqşünasları məhkəmədə bildiriblər ki, onlar neftin ucuzlaşmasından və valyuta məzənnələrinin qalxıb-enməsindən narahatdırlar. Son illərdə bir neçə dəfə kapital qoyuluşları həyata keçirilsə də ciddi itkilərə məruz qalıblar. Nəticədə apreldə formal restrukturizasiya prosesinə başlamalı olublar.

ABŞ-ın müflisləşmə haqqında qanununun 15-ci maddəsinə əsasən xarici şirkətlər borclarının restrukturizasiyası dövründə aktivlərinin kreditorlar tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün məhkəmə iddiası qaldıra bilərlər. Bankın ABŞ və Avropadan olan bir qrup kreditorları isə şikayət ediblər ki, bu restrukturizasiya planı ədalətsizdir və onların vəsaitlərinin qaytarılmaması ilə nəticələnəcək. Habelə iddiaçılar bildirirlər ki, plana dair səsvermə əvvəlcədən bankın sahibinin xeyrinə təhrif olunub. Çünki Azərbaycan Dövlət Neft Fondu banka 1 milyard dollar depozit yatırıb və nəticədə kreditorların səsverməsində əhəmiyyətli səsə malik olub. Lakin məhkəmə onların iddialarını təmin etməyib.

Bankın hüquqşünası Tomas MakVayt hakim Harittiyə bildirib ki, ABŞ məhkəməsinin qərarı Azərbaycanın bank sektoru və iqtisadiyyatı üçün həlledici əhəmiyyətə malikdir. Hüquqşünasın bildirdiyinə görə iddianı qaldıranlar bankın borclarının cəmi 10 faizinin sahibləridir. Və onun dediyinə görə bankın iri kreditoru, 715 milyon dollar borc vermiş «Cargill Financial Services İnternational İnc» bu məsələdə 15-ci maddə üzrə qaldırılmış iddianı dəstəkləyir.