«Adımıza ləkədirlər!»
Müşfiq Ələsgərli «Qızıl qələm» paylayanlardan nazirliyə şikayət edəcək
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Olduğu kimi yola davam
Niyə sənin yerinə kimsə kamikadze olsun?
-
Ərəfə – Zərdabi “Əkinçi”ni necə ərsəyə gətirdi?
“Gələcəkdə millətin gözü açılanda sizə rəhmət oxuyacaqlar...”
-
Qanunvericilik mətbuat azadlığını tam təmin edir
İctimai rəyin səsi olmağı məqsəd seçmiş hər bir media orqanı daşıdığı məsuliyyəti unutmamalıdır
-
5000-dən yuxarı mətbu orqan tələblə təklifin təzadı
Ekspert deyir ki, bu, azad rəqabət və normal qanunvericilik mühitinin göstəricisidir
-
«KİV haqqında» Qanunda dəyişiklik
«Yetkinlik yaşına çatmayan...»
-
«Dövlətimizin imkanları artdıqca, ...»
Əli Həsənov: «Heydər Əliyev özünü tənzimləyən medianın təməlini qoydu»
-
Bəzi xəbər saytları bağlana bilər
Dezinformasiya yayanlar kimə xidmət edir?
-
Əflatun Amaşov ad çəkdi
Mətbuat Şurasının sədri dezinformasiya yayan saytları açıqladı - SİYAHI
-
Dövlət sirrini yayanlar sərt cəzalandırılacaq
«Müharibə şəraitində olduğumuzdan heç bir halda ...»
-
«Azərbaycan jurnalistə ev verən yeganə ölkədir»
Əli Həsənov Azərbaycanda dövlət qeydiyyatından keçmiş KİV-in sayını açıqlandı
-
MN-dən KİV-ə tövsiyə
«Dövlət sirlərinə həssaslıqla yanaşaq»
-
«Ustadlarıma bərəkallah!»
«Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı» adlı təşkilatın sağda-solda kimə gəldi ad, diplom paylaması ciddi jurnalistika ilə məşğul olanlarda narazılıq yaradıb.
Həm də deyilənə görə, o təşkilat bunu elə-belə etmir. Həmin diplomların kimlərəsə müəyyən məbləğlərdə pul müqabilində verildiyi bildirilir. İş o yerə çatıb ki, hətta «reket jurnalistikası»na belə, aidiyyatı olmayanlara «Qızıl qələm», «İlin jurnalisti», «Peşəkar jurnalist» kimi «təltiflər» verilir.
Bu yaxınlarda isə adı çəkilən təşkilatın adından kiməsə «İlin saç ustası» adlı media mükafatının verilməsi sosial şəbəkələrdə bir xeyli müzakirələrə səbəb olub. Bundan başqa, qurumun müxtəlif şəxslərə «İlin diş həkimi», «İlin xeyriyyəçisi» « İlin müəllimi» və bu qəbildən olan bir çox «diplomlar» təqdim etdiyinə dair məlumatlar da var.
Digər tərəfdən qurumun adı Jurnalist Həmkarlar İttifaqının adı ilə uyğunluq təşkil etdiyinə görə bəzən çaşqınlıq yaranır.
Maraqlıdır, Jurnalist Həmkarlar İttifaqı (JuHİ) bununla bağlı hər hansı tədbir görəcəkmi?
JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, adıçəkilən qurumun «fəaliyyəti» ümumilikdə ciddi medianın nüfuzuna xələl gətirir:
««KİV işçilərinin Həmkarlar İttifaqı» deyilən qurum 1990-cı illərdə yarandığını deyib. Amma bunun tarixi, fəaliyyəti haqqında məlumat xüsusi araşdırma aparan zaman məlum olur. İndiyə qədər bunların Azərbaycanda medianın inkişaf etdirilməsi, söz azadlığının qorunması, yaxud jurnalistlərin peşəkar davranış qaydaları üçün hər hansı fəaliyyətlərinə rast gəlinməyib. Bu qurumun adı media ictimaiyyətinə yalnız mükafat satan təşkilat kimi bəllidir. Çox təəssüf ki, bu baxımdan onlar Azərbaycan mediasına böyük zərbə vurmuş olurlar.
Bir zamanlar Azərbaycanda çox sanballı nominasiya var idi. Öz qələmi ilə tanınan, kefiyyətli əsərlərin müəlliflərinə «Qızıl qələm» mükafatı verilirdi. Təəssüf ki, bu təşkilat həmin nominasiyanı ələ keçirib və mükafat müəyyən məbləğ qarşılığında aidiyyatı olmayan adamlara verilir. Bununla da həmin mükafatı gözdən salmış oldular. Həmçinin, zamanında həmin mükafatı almaq üçün ciddi əziyyət çəkən insanların əməyinə mənəvi zərbə vurdular. Bu, media ictimaiyyətində narazılıq doğurdu. Çünki onların fəaliyyəti ümumilikdə medianın adına yazılır».
M.Ələsgərli bildirib ki, məsələ ilə əlaqəli Ədliyyə Nazirliyinə müraciət edəcək:
«Təbii ki, öncə məsələnin ictimai müzakirəsi keçirildi və hər kəs «KİV İşçilərinin Həmkarlar İttifaqı»nı qınadı. Bir müddət sakitlik yaransa da, onların qınaqlara görə əməllərinə son verdikləri düşünülsə də, növbəti çaşqınlıq yaratdılar.
Bunların fəaliyyəti bütün media adına ləkə olduğu üçün hesab edirəm ki, media ictimaiyyəti bu yöndə ciddi addım atmalıdır. Hər kəs öz növbəsində Ədliyyə Nazirliyinə müraciət etməlidir ki, həmin təşkilat haqqında ciddi inzibati ölçü götürülsün. Eyni zamanda onların adı bizim təşkilatın – Jurnalistlərin Həmkarlar İttifaqının adı ilə də uyğundur. Bizim qurumun kifayət qədər ciddi nüfuzu var. Bu baxımdan onlar yeri gələndə bizim adımızdan istifadə edib çaşqınlıq yaradırlar. Buna görə də özüm də Ədliyyə Nazirliyinə müraciət edəcəm. Təşkilat haqqında ciddi hüququ tədbirlər görülməsi üçün digər media qurumlarının da eyni addım atmasını istəyirəm».