vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
18:24 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə ordusu Suriyanın şimalına zərbələr endirir...

... Ruslar da dəstək verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına zərbələr endirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, artilleriya zərbələri Azad Suriya Ordusunun irəliləməsi üçün münbit şərait yaradıb.

Bölgədə isə gərginlik davam edir. «Əl-Qaidə»nin Suriya qolu olan «Şamın Fəthi Cəbhəsi» 138 kilometrlik İdlib sərhəd xəttinin 120 kilometrinə nəzarət edir. Türk ordusunun onların ən zəif olduğu yeddi mövqeyini təsbit etdiyi bildirilir. Hərbçilərin hədəfində ilk olaraq ən strateji nöqtə sayılan Kəfr Luseyn artıq bombardman edilib. Adı çəkilməyən digər bir bölgə isə Hatayın Reyhanlı qəsəbəsi yaxınlığındakı «Fırtına» toplarından vurulub. Həmin ərazidə minə yaxın terrorçunun olduğu deyilir.

Bu arada Rusiya aviasiyası da «Şamın Fəthi Cəbhəsi» və «Əhrar əş-Şam» terrorçu qruplaşmalarının mövqelərinə raket zərbələri endirib. Rusların son əməliyyatı da irəliləmək üçün Azad Suriya Ordusunun önündə boş ərazi açıb.

Adı çəkilən əməliyyatlardan sonra Azad Suriya Ordusunun tərkibində olan «Həmzə bölüyü» də Hatayın Civəzoğlu sərhəd keçid məntəqəsindən Suriya torpaqlarına daxil olaraq, İŞİD-in nəzarətində olan Azez bölgəsindən İdlib istiqamətinə hərəkətlənib.

Əməliyyatlara Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar rəhbərlik edir. Türkiyə-Suriya sərhədinə güclü hərbi texnika və 6 min canlı qüvvə toplanıb.

İdlibə müdaxilə zamanı və sonra Əsəd qüvvələri ilə hər hansı qarşıdurmanın baş verməyəcəyi gözlənilir.

Türk ordusunun İdlibdə sabitliyi bərpa edə bilməyəcəyi təqdirdə Əsəd qüvvələri, İranın dəstək verdiyi qruplaşmalar və Rusiya hərbi kontingenti bölgəyə daxil olacaq.

İdlibdə sabitliyin bərqərar ediləcəyi halda isə dinc sakinlərin təhlükəsizliyi təmin ediləcək ki, bu da Türkiyəyə axışa biləcək qaçqın selinin qarşısını alacaq. Bundan başqa uğurlu əməliyyat Ankaranın terror təşkilatı kimi tanıdığı PYD/YPG qüvvələrinin qarşısına sipər çəkəcək.

Xatırladaq ki, PKK-nın Suriya qolu sayılan PYD 2011-ci ildən İdlibin şimal-qərbindəki Afrin bölgəsini əlində saxlayır. Qruplaşma Aralıq dənizinə çıxmaq üçün İdlibin bir hissəsini nəzarətə götürməyi planlaşdırır.