

Bir çox xəstəliklərə tutulma riskini azaldır
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir
“İrana biət”ə dəvət edən siyasi ideologiya ...
“Dəyişdirilə, hədiyyə edilə və alınıb-satıla bilməz”
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
Ərbil aeroportu “Puya Air” təyyarəsinin enişinə icazə vermədi
Mustafa Əl-Kazımi Ər-Riyaddan birbaşa Tehrana gəlib
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
Şəriət, təriqət, həqiqət üçlüyünün qısa və lakonik izahı
İraqın şimalında “Pəncə kilid” əməliyyatı başlayıb
“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
Vaşinqton Ankaranın səbrini tükəndirib
«The Guardian» yazır ki, İraqda ailə vəziyyəti haqqında qanuna yeni dəyişiklik təklif olunur. Təklif qəbul edilərsə, nikah müqavilələrinə nəzarət müsəlman məzhəblərini təmsil edən ruhanilərin əlinə keçəcək.
Ötən həftəsonu vətəndaş cəmiyyəti və qadın hüquqları qrupları bu yeni təklifə etiraz aksiyaları keçiriblər. BMT-nin İraqdakı yardım missiyası (Unami) daha geniş müzakirələrin aparılmasına, qadın hüquqlarının tam şəkildə tanınmasına və qorunmasına çağırıb.
2014-cü il seçkiləri ərəfəsində bu qanunun daha ifrat versiyası təklif edilmişdi. Həmin versiya beynəlxalq ictimaiyyətin ciddi tənqidiylə üzləşmişdi. O zaman qadınların boşanma, valideynlik və miras hüquqlarının məhdudlaşdırılması təklif edilirdi.
Budəfəki versiyaya qarşı olanlarsa onu, əsasən, uşaq evlilikləri kontekstində nəzərdən keçirirlər.
Qadın hüquqları sahəsində ixtisaslaşmış «Equality Now» beynəlxalq təşkilatının İordaniya proqramının əməkdaşı Suad Abu-Dayyeh «The Guardian»a deyib ki, bu qanun beynəlxalq konvensiyalara və İraqın milli qanunvericiliyinə ziddir.
«O, qüvvəyə minərsə, hər dini məzhəbə etiqad edənlər öz ruhanilərinin dediklərini edəcək. Bu isə qadın hüquqları üçün böyük fəlakət olacaq. Bu bizi qəzəbləndirir və biz bu qanun haqda həyəcan siqnalı verərək İraqda qadınları dəstəkləyəcəyik. Biz həmçinin, parlamentin spikerinə və prezidentə məktublar yazırıq», – deyə o bildirib.
İraqdakı bəzi dini məzhəblər Məhəmməd peyğəmbərin zövcəsinin doqquz yaşı olduğuna görə bu yaşda uşaqların evlənə biləcəyi fikrini dəstəkləyir. Başqa məzhəblərsə yalnız yetkinlik yaşına çatmış şəxslərin evlənə biləcəyini deyirlər.
«Biz əlimizdə olan yaxşı qanunları itirəcəyimizdən qorxuruq», - Abu-Dayyeh söyləyir.
Bazar günü Süleymaniyyədə toplaşmış vətəndaş cəmiyyəti fəallarının yaydığı petisiyada deyilir: «...Bu yeni qanun layihəsi din xadimlərinin qanunsuz nikahları təsdiqləməsinə imkan verəcək, 18 yaşına çatmamış qızları ərlərinin ailəsi ilə yaşamağa məcbur edəcək. Bu, İraq qadınlarının yarım əsr öncə mübarizəylə əldə etdiyi nailiyyətlərin geriləməsi deməkdir».
İŞİD-dən sonrakı prioritet
«Humans Rights Watch» qanun layihəsini nəzərdən keçirdiyini, onun mümkün fəsadlarına dair bəyanat verəcəyini bildirib.
«Human Rights Watch»un İraq və Qətər üzrə araşdırmaçısı Belkis Wille də yeni qanun layihəsinin həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə zidd olduğunu bildirir. Onun sözlərinə görə, bəzi dini məzhəblər nikah və miras məsələlərində hüquq bərabərliyini tanımır və buna icazə vermir.
«Düzəlişi oxusanız, orada çox az məlumat var. Orada deyilir ki, ayrı-ayrı məzhəbləri təmsil edən dini liderlər nikah müqavilələrini idarə edəcək. Düşünmək olardı ki, İŞİD-dən sonra hökumətin əsas prioritetlərindən biri İraqda hər kəsin bərabər hüquqlara malik olduğunu aydın təsbit etmək olacaq», – o deyir.
Konvensiya pozulur
Hazırda İraqda evlənmək üçün qanuni yaş həddi 18-dir. Ancaq mövcud ailə məcəlləsinə görə, hakim «təcili» hallarda 15 yaşlı qızların evlənməsinə icazə verə bilər. Bu, artıq BMT-nin Uşaq Hüquqları Konvensiyasının pozulması deməkdir. İraq bu konvensiyanı 1994-cü ildə təsdiqləyib. Ancaq sözügedən qanun layihəsi qəbul edilərsə, daha çox qız məcburi və erkən evlilik, habelə cinsi təcavüz riski ilə üz-üzə qalacaq. Konvensiyaya görə, yaşı 18-dən aşağı şəxslər uşaq sayılır.
Hələlik, bu qanun layihəsi parlamentin gündəliyinə çıxarılmayıb. Onun səsə qoyulacağı vaxt da məlum deyil.
Qanunun 2014-cü ildə təklif olunmuş daha mürtəce versiyasında müsəlman kişilərin qeyri-müsəlman qadınlarla evlənməsinə icazə verilmirdi. Həmin qanun layihəsi nikah çərçivəsində uşaqların zorlanmasını qanuniləşdirir, qadınların ərlərinin icazəsi olmadan evdən çıxmasını qadağan edirdi.