vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
14:00 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Bitcoin» çox spekulyativ aktivdir!»

Yellen: «Ondan çirkli pulların yuyulmasında istifadə edilə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Canet Yellen, Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının ardından keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

Yellen, son günlər rekordlar qıran «Bitcoin» ilə bağlı mövqeyini bildirib.

Yellen, «Bitcoin» sabit bir yığım və investisiya aləti deyil, çox spekulyativ bir aktivdir» ifadələrini işlədib, sözügedən virtual pulun ödənişlər sistemində çox kiçik bir paya malik olması səbəbindən maliyyə sabitliyə risklərinin məhdud olduğunu vurğulayıb.

FED sədri, «Bitcoin» hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır»,- deyib.

Yellen, «FED, hazırda rəqəmsal pul vahidini ciddi şəkildə qiymətləndirmir, amma mümkün faydalarını araşdırır», - deyib.

Yellen qeyd edib ki, «Bitcoin» çirkli pulların yuyulmasında istifadə edilə bilər. O xatırladıb ki, bankların bu məsələdə öhdəlikləri var.