vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:58 | 15 dekabr 2017 | Cümə Məqaləyə 2935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Bitcoin»i qumara bənzəyir»

İngiltərəli maliyyəçi: «Kriptovalyutaya pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

««Bitcoin»ə pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar». Bu sözləri İngiltərədə maliyyə sektorunu tənzimləyən Maliyyə Xidmətləri idarəsinin rəhbəri Endryü Beyli (Andrew Bailey) bildirib.

İlin əvvəlində dəyəri min dollar ikən hazırda 16 min dollara qalxan virtual pul «Bitcoin» son vaxtlar dünyada ən çox danışılan mövzulardan biridir.

Onu bəziləri «virtual qızıl» da adlandırır.

Bəzi sərmayədarlar, iqtisadçılar və dövlət adamları «Bitcoin» və onun arxasında olan «blockchain» (blok zənciri) texnologiyasını müdafiə edir, amma bunu sərt tənqid edən və etibarsız sistem sayanlar da var.

BBC-nin «Newsnight» proqramına danışan Endryü Beyli də deyib ki, bu virtual valyutanın arxasında nə mərkəzi banklar, nə də hökumətlər var. Buna görə də bu valyutanın etibarlı olması şübhəlidir, o bildirib.

Endryü Beyli «Bitcoin»i qumara bənzədib və deyib ki, o da qumar kimi eyni riski daşıyır.

Bu həftə içində Türkiyənin iqtisadiyyat məsələləri üzrə nazir müşaviri Mehmet Şimşək də deyib ki, «Bitcoin»in dəyəri anidən qalxdığı kimi anidən də enə bilər.

Amerika Mərkəzi Bankının rəhbəri Canet Yellen də bu günlərdə «Bitcoin»in «xeyli spekulyar» olduğunu bəyan edib (BBC).