

Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
İnsan hüquqları qrupları ABŞ prezidentinin hər görüşünü yaxından izləyir və hər sözünü diqqətlə dinləyir
Baydenin Ər-Riyada yollandığı ərəfədə Bin-Salman beynəlxalq münasibətlərin bərpasına çalışır
ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfəri zamanı ölkəsinin maraqlarını müdafiə edəcək
Bin Salman: “Vecimə də deyil, qoy Amerikanın maraqları haqda Bayden düşünsün”
İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulacağına ümid edir
Bayden Yaxın Şərqdə olarkən diqqət regional problemlərə yetiriləcək
Husilərə İran raketləri daşıyan gəmi ələ keçirilib
Səudiyyə Ərəbistanı pandemiyadan sonra ən böyük dini mərasimə ev sahibliyi edir
Mustafa Əl-Kazımi Ər-Riyaddan birbaşa Tehrana gəlib
İki dövlət başçısı bəyannamə imzalayıb
Co Bayden yanacaq qiymətləri ilə bağlı səudiyyəliləri cəlb etməyi üstün tutur
ABŞ “arzuolunmaz” saydığı şəxslə görüşəcəkmi?
Səudiyyə Ərəbistanının iki nümayəndə heyəti ABŞ-a səfər edəcək
ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı buzların əriməsinə az qalıb
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
“Əgər İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı da öz nüvə silahını hazırlayacaq”. Bu barədə Səudiyyə Krallığının xarici işlər naziri Adil Əl-Cübeyr CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən birtərəfli qaydada çıxmaqla düz edib: “Bu saziş natamamdır və vaxt məhdudiyyətinə malikdir. Həmçinin, saziş İranın nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaması, region ölkələrinin daxili işlərinə qarışması və rəsmi Tehranın terrorçuları dəstəkləməsi məsələlərini əhatə etmir. Əgər İran uranın zənginləşdirilməsi proqramını indikindən daha çox səviyyədə bərpa etsə, digər iştirakçı ölkələr də sazişdən çıxmalı və İrana qarşı təkrar sanksiyalar tətbiq etməlidir.”
Əl-Cübeyr xüsusilə vurğulayıb ki, rəsmi Ər-Riyad İranın nüvə təhlükəsinə qarşı öz xalqını müdafiə etmək üçün bütün vasitələrdən, o cümlədən nüvə silahı yaratmaqdan istifadə edəcək.