vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
16:37 | 27 sentyabr 2018 | Cümə axşamı Məqaləyə 4317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Yaşamaq istəyirəm”

Səbuhi Məmmədli yardım istədi: “Mənə kömək edin, ...”

Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb. Jurnalist səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərrahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib. O, xeyirxah insanlara müraciətində deyib:

“Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.

Amma həkimlərin dediyinə görə - aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.

Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm”.

Səbuhi Məmmədliyə kömək göstərmək istəyənlər aşağıdakı bank hesablarına müraciət edə bilərlər.

 

Milli ön aparatından

Kapital bank

hesab 4169 7413 0765 5785

Məmmədov Səbuhi Məhəmməd oğlu