
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO ölkələri fevralın 6-da Makedoniya Respublikasının alyansa daxil olması barədə protokol imzalayacaqlar.
TASS xəbər verir ki, bunu fevralın 2-də NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində elan edib: “Biz fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri Makedoniyanın xarici işlər naziri Nikola Dimitrovla gələcək Şimali Makedoniya Respublikasının alyansa daxil olması barədə protokol imzalayacaqlar”.
Şimali Atlantika Alyansının saytında dərc olunan məlumata əsasən, imzalama mərasimi yerli vaxtla saat 11:00-da NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında baş tutacaq.
Xatırladaq ki, Afina və Skopye 2018-ci il iyunun 17-də iki ölkənin sərhədində yerləşən Prespa gölünün sahilində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Prespa sazişi bu il yanvarın 11-də Makedoniya parlamenti, yanvarın 25-də isə Yunanıstan parlamenti tərəfindən təsdiqlənib.
Makedoniya Respublikasının adı ətrafında yaranan 27 illik mübahisə bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olurdu. Belə ki, vilayətlərinin birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxırdı. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilmişdi. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunurdu.