vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
20:44 | 6 iyun 2019 | Cümə axşamı Məqaləyə 1840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruh konsepsiyası …

... Yaxud insanlarla primatlar arasındakı fərqlər

Elçin ALIOĞLU

Bu gün bayramdır. Ramazan bayramı. İnanclıları təbrik edirəm.

Keçək məsələyə.

İnsanın cism və ruhdan ibarət olması ilə bağlı yüzlərlə, minlərlə nəzəriyyə, etiqad var ki, onların arasında dinlər də yer alıb.

Amma ruhla bağlı ən mükəmməl, təfsilatlı konsepsiya Qədim Misirdə idi.

Misir kahinləri sidq-ürəkdən inanırdılar ki, ruh 9 hissədən ibarətdir.

Ka. Həyati məzmun, xasiyyət özəllikləri və ya tale. Ka ölümdən sonra bədəni tərk edir, dolaşır və geri qayıdır.

Ba. Vicdan. Ölümdən sonra adamın Bası yerli müqəddəs heyvanlardan birinə keçirdi. "Ölülər" kitabında Ba gah qırğı, gah qaz, gah qu quşu, gah da çəyirtkə kimi təsvir olunurdu.

Ah. O biri dünyada yaşayan təmiz, munis, ənamlardan payını almış saf ruh.

Hat. İnsanın fani qılafı, Ka və Ahın yerləşdiyi məkan.

İb. Ürək. Ölümdən sonra insanın duracağı Osiris divanında ürək Həqiqət mizanına qoyulacaq. Ki, insanın nə qədər mömin yaşadığı ölçülsün.

Sah. Mumiyalaşdırılmadan sonra ölünün müqəddəs qalıqları, ruhi cəsəd. Mumiyalanmadan sonra cəsədi matəm mərasimlərindən sonra cismdən qurtulan ruhun timsalı da sayırdılar. “Ölülər kitabı”nda Sahı böyük Hatın içindən doğan suçiçəyi kimi göstərirdilər.

Sehem. İnsan mahiyyətinin əbədiyyət ərəfəsindəki yaşam gücüdür. Ba və Kadan fərqli olaraq tanrıların lütfü də sayılırdı.

Şuit. İnsanın xüsusi, əlahiddə, təkrarsız kölgəsi. Kölgə bəzən insandan ayrılır, təkbaşına yaşayırdı.

Ren. İnsanın adı. Qədim Misir adamları ada böyük önəm verirdilər. Adın məhvi lənətə bərabər tutulurdu. Adsız adam tanrıların məhkəməsində dura bilməzdi, tanrıların gücü qarşısında tam zəif idi. Bu səbəbdən vəfat etmiş valideynlərinin adlarını daşlara yazıb məzara dik qoyan övladlar onları “qorumaq” istəyirdilər.

Bayram günlərində ata və ya ananın məzarına məhz oğul baş çəkməli, məzarı təmizləməli, səliqəli vəziyyətə salmalı idi.

... Bütün dinlərin təkamül nəzəriyyəsinə nifrət etməsinin əsas səbəbi bu nəzəriyyənin “ruh konsepsiyası”nı darmadağın etməsidir.

Halbuki insanlarla primatlar arasındakı fərqlər keyfiyyət yox, kəmiyyətlə bağlıdır.

Primatlarda şüur, hisslər, dil, emosiyalar, empatiya, şəfqət, altruizm və s. də var. Bu isə insanın “ali varlıq” olması iddialarını puç edir.

Ruh konsepsiyası dinlərin son səngəridir.