vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
15:09 | 17 mart 2020 | Çərşənbə axşamı Məqaləyə 1238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Taclıya qarşı əlac ...

Ovqat yazısı

İndiki şəraitdə ən böyük təhlükələrdən biri də odur ki, insanlar bəd xəbərlərə, ardı kəsilməyən dəhşətli faktların qabardılmasına, efirdən və internetdən sel kimi axan neqativə dözməyib havalansınlar.

Valideynlər balalarından, övladlarsa valideynlərindən nigarandırlar. Təşviş beyni deşir və açığını deyim, təəssüf ki, bu təşvişdən həzz alanlar da var.

Ona görə, insanların şad xəbərlərə inama, ümidə, güvənə ehtiyacı var.

İnanıram ki, virus yayıldıqca, biz biri birimizə şübhə ilə deyil, əl uzatmaq istəyi ilə baxacağıq.

Bu dərdin ümummilli dərd olduğunu dərk etdikcə, birləşəcəyik, həmrəy və qayğıkeş olacağıq, çünki çətin anlarda ailələr həmişə sıxlaşır, hamı biri birinə yaxın olmaq, dayaq olmaq istəyir. Belə də olacaq, inanıram, fleşmoblar da edəcəyik pəncərələrimizdən, telefonlarımızı yandıraraq.

Və hər kəs bacardığı qədər bu neqativə müqavimət göstərməlidir, çünki neqativ iradəni məhv edir.

Məsələn 2-ci Dünya Müharibəsi zamanı blokadada olan, hər gün aclıqdan minlərlə insan itirən Leninqradda Dmitri Şestakoviçin 7-ci Simfoniyası filarmoniyada təntənəli surətdə ifa edilmişdi.

Bəli, bu bir qədər kəskin misaldır, amma həmin hadisə ruh yüksəkliyinin sıçrayışını səbəb oldu. Qələbəyə inamın rəmzi oldu, insan əzminin parlaq bir nümunəsi kimi tarixə düşdü.

Ona görə, gəlin hadisələrə fəlsəfi yanaşaq. Virus bir faktdır, loru dilində desək, yesək də budur, yeməsək də. Odur ki, təhlükəsizlik tədbirlərinə diqqət edirik - mütəmadi olaraq əllərimizi yuyuruq, lazım olmadıqda evdən çıxmırıq, yaşlıların yanına gedəndə maska taxırıq, özümüzlə spirtli “fıs-fıs” gəzdiririk və bu günün şad xəbərlərinə yönəlirik. Beləliklə:

 

1. Almaniya alimləri böyük vətənpərvərlik nümunəsi göstərərək, onları satın almaq istəyən Amerikaya rədd cavabı verdilər. Və beləliklə də, çox güman ki, həmin o alimlər bu yaxınlarda koronavirusa qarşı dərman icad edəcəklər. Əlbəttə, bizim alimlər onları qabaqlamasalar. Sınaqların yayda keçirilməsi nəzərdə tutub. Təcrübələri gerçəkləşdirəcək şirkətin birdəfəyə 10 milyon ampul istehsal etmək imkanı var.

 

2. Koronavirusdan sağalanların sayı 78.000 nəfəri keçdi.

 

3. Azərbaycanda da maska fabriki işə düşəcək. Bir sözlə maska bolluğuna düşəcəyik

 

4. “Azercell” xaricdə qalan vətəndaşlarımızın roumiqinə 50 manat yükləyib ki, yaxınları ilə əlaqə saxlaya bilsinlər.

 

5. Toylara salmağa nəzərdə tutduğunuz pulları tədarükə xərcləyə bilərsiniz.

 

6. Uçuşlar bərpa olunan kimi, “Buta Airways” salona gedən əl çantasını pulsuz edəcək.

 

7. Şəhərdə yollar boş, maşın sürmək ləzzət edir.

 

8. Canlı təması azaltmaq üçün, Azərbaycan Beynəlxalq Bankı internet-bankinq xidmətlərinin sayını artırdı.

 

9. Və günü ən şad xəbəri - bu gün axır çərşənbədir, torpaq çərşənbəsi, bahar gəlir, həyat davam edir, hamınızı təbrik edirəm, indi vaxtımız çox olacaq, imkan tapıb şad xəbrələri bölüşəcəm sizinlə. Amma bu o demək deyil ki, lazım olanda, acı dilimizi çıxarmayacayıq.

Çərşənbəniz mübarək!