vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
15:50 | 17 aprel 2020 | Cümə Məqaləyə 2441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeddi müdrik

Məktəbli fəlsəfəsi (II dərs)

Etibar ƏLİYEV

Rəvayətə görə, Qədim yunan sivilizasiyasının mənəvi mənbəyində yeddi müdrik dayanır ki, onların ideyaları bütün antik elmin, fəlsəfənin, etikanın əsasını təşkil edir. Fəlsəfə bütün elmlərin anası idi və ilk filosoflar (müdriklər) hər şey haqqında məlumatlı idilər. Onlar fəlsəfi problemləri ortaya qoymaqla kifayətlənmir, həmçinin riyaziyyat və astronomiya ilə də məşğul olurdular. Adi insanların bildklərini minlərlə başqa insanlar da bilir, amma qədim müdrikin bildiklərini özündən başqa heç kim bilmirdi. Bu mənada müdrikin biliyi qat-qat dəyərli sayılırdı.

Yeddi müdrikin hər biri öz kəlamı ilə məşhurdur:

Lindli Kleobul: “Ölçü hər şeydən vacibdir”.

Spartalı Xilon: “Özünü dərk et”.

Korinfli Periandr: “Qəzəbini dəf et”.

Metilenli Pittak: “Artıq olan hər şey ziyandır”.

Afinalı Solon: “Həyatın sonunu müşahidə et”.

Prienli Biant: “Ən pislərin sayı həmişə artıq olur”.

Miletli Fales: “Heç kimə zamin durma”.

Müdriklərin adlarına əlavə olunan “Miletli”, “Afinalı” təyinləri onların yaşadıqları şəhəri, yaxud ölkəni müəyyənləşdirir. Yeddi müdrikə digər həyati müdriklik dərsləri də aid edilirdi. Onların bəzi məsləhətləri ilə tanış olaq:

Başqasını üstündə danladığın şeyi özün də etmə.

Ölülər haqqında ya yaxşı danış, yaxud heç nə danışma.

Güclü olduğun qədər xeyirxah ol.

Qoy dilin fikrindən qabağa düşməsin.

Həll etməyə tələsmə, həll etdiyini həyata keçirməyə tələs.

Dostluğa xəyanət etmə.

Evdən çıxanda soruş: nə üçün çıxırsan? Evə qayıdanda soruş: nə ilə qayıdırsan?

Yeddi müdrikdən biri, əslən Miletdən olan Fales Avropa fəlsəfəsinin banisi hesab olunur.
Növbəti dərsimiz ona aid olacaq.