“Dualarınıza qoşuluram”
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan üçün misilsiz dəyərdir...”
Tanınmışlar Mehriban Əliyeva barədə: “Əhalinin bütün təbəqələri onun qayğısını hiss edir”
-
Prezident və birinci vitse-prezident “Formula 1”i canlı izlədi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün “Facebook” səhifəsində respublikamızın bütün xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”.