vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
19:29 | 25 noyabr 2020 | Çərşənbə Məqaləyə 11193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz birlikdə güclüyük”

Üç dildə elektron toplu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə maliyyələşdirdiyi layihə əsasında Azərbaycan, rus, ingilis dillərində “Biz birlikdə güclüyük” adlı elektron toplu yaradılıb.

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycandakı milli icmaları diaspor fəaliyyətinə təşviq etmək, ölkəmizin milli zənginliyini dünyaya tanıtmaqdır.

Azərbaycanda tarixən mövcud olmuş milli müxtəlifliyin, multikultural və tolerant cəmiyyətin inkişaf  etdirilməsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyev bir fikri xüsusi vurğulayırdı ki, çoxmillətli ölkə olmağımız bizim sərvətimizdir və bunu nümunə kimi dünyaya təqdim etməliyik. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər.

Müasir zamanın yeni çağırışları fonunda hər bir ölkənin dünyada mövqeyinin, beynəlxalq nüfuzunun artması üçün mütəşəkkil diasporun olması da mühüm amildir. Çoxmillətli ölkənin güclü diasporunun formalaşması eyni zamanda bu prosesdə milli icmaların yaxından iştirakını, eləcə də digər dost xalqların diasporları ilə əməkdaşlığı zəruri edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlər bu istiqamətlərdə aktiv fəaliyyət göstərir, o cümlədən müxtəlif ölkələrin diaspor təşkilatları ilə əlaqələri inkişaf etdirir. Yaşadığımız pandemiyanın doğurduğu reallıqlar göstərir ki, bu xüsusda internet məkanında da çox iş görmək olar.

İctimai birlikdən verilən məlumata görə, üç dildə tərtib edilən yeni informasiya resursu Azərbaycandakı milli zənginliyi əks etdirmək, milli icmaları ümum-Azərbaycan maraqları naminə həmrəyliyə təşviq etməklə bərabər, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətinə ictimai dəstək məqsədi daşıyır.

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi 2009-cu ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “azerbaycanli.org – milli eyniyyətdən qlobal dünyaya pəncərə” platformasında silsilə layihələr həyata keçirir. Yeni layihə çərçivəsində təşkilatın 12 ildir fəaliyyət göstərən saytı (www.azerbaycanli.org) da dizayn baxımdan yenilənib və üç dildə (Azərbaycan, rus, ingilis) daha geniş imkanlara malik proqram təminatı yaradılıb.

“Biz birlikdə güclüyük” adlı elektron toplu hər üç dildə təşkilatın saytında yerləşdirilib.

https://azerbaycanli.org/page/488

https://azerbaycanli.org/ru/page/488

https://azerbaycanli.org/en/page/488