vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏHİYYƏ, ORDU  
13:59 | 25 yanvar 2022 | Çərşənbə axşamı Məqaləyə 842 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərt karantin geri qayıdır?

“Bəzi həmkarlarımız buna növbəti dalğa da deyirlər”

Ölkəmizdə yoluxma sayı getdikcə artır. Bu da, təbii olaraq, insanları narahat edir. Yoluxma kəskin artsa, SMS icazə, açıq havada maska taxmaq zərurəti və sərt karantin geri qayıda bilərmi?

İnfeksionist Vüqar Cavadzadə bu barədə açıqlama verib.

O bildirib ki, qapanmaya getmənin heç bir mənası yoxdur, çünki yenidən yumşalmalar olan kimi yoluxma sayı da artacaq: "Hazırkı dönəmdə Azərbaycanda sərt karantinə və ya "SMS icazə" xidmətinin tətbiq olunmasına ehtiyac görmürəm. Çünki yoluxma sayı 4500-4800 civarında olanda belə, sərt qapanmalara gedilmədi və "SMS icazə" xidməti bərpa olunmadı.

Bu səbəbdən dünənki 1600 yoluxma ilə sərt karantinə getməyə ehtiyac yoxdur. Sərt karantin tətbiq olunması da indiki dönəmdə bir çıxış yolu deyil.

Ölkədə 3 dəfə sərt karantin tətbiq edildi və yumşaldılma olan kimi yenidən artımlar müşahidə başladı. Əgər növbəti həftələrdə, aylarda kəskin artımlar müşahidə edilsə, o zaman bəzi sahələrdə nisbətən sərtləşmələrə getmək olar.

Qapalı yerlərdə maskadan istifadə məcburidir. Gündəlik yoluxma 5 mindən artıq olsa, açıq havada da maska taxılmaq tələbi qoyula bilər. Amma tamamilə sərtləşdirilmə, evdən çıxmaq üçün SMS icazə almaq, hesab edirəm ki, çıxış yolu deyil.

Ölkədə artıq epidemik alovlaşma başlayıb. Bəzi həmkarlarımız buna növbəti dalğa da deyirlər.

Hazırda yoluxma sayı 1600 civarında olsa da, bu hal səhiyyəmizi silkələyəcək bir səviyyə deyil. Bizim kifayət qədər çarpayı fondumuz var və reanimasiyanın da, səhv etmirəmsə, ümumi olaraq 20 faizində xəstə var. Bu gün üçün ciddi bir qorxu yoxdur". (sonxeber.az)