

Bayden 7 milyard dolların yarısını əfqan xalqına qaytarır
Taliban 1 əsgəri öldürüb, 2-ni girov götürüb
Ən azı 600 yaralı var
Azı 255 nəfər həlak olub
“Son dekadanın hər ilində bu rəqəmlər yüksəlib”
İraqlı müharibə cinayətlərinə görə günahını boynuna alıb
Əfqanıstanda qadın aparıcılar efirdə üzlərini örtməyə məcbur ediliblər
Xilasetmə əməliyyatı üçün 1,4 milyard dollara ehtiyac var
Taliban qüvvələri 5 iranlı hərbçini əsir götürüb
Kabildə 7 nəfərin ölümü ilə nəticələnən terror törədilib
“Dəyərlərimiz çərçivəsində bütün tələblər nəzərə alınıb”
Əks halda ABŞ-a qarşı siyasətini “nəzərdən keçirəcəyini” bildirib
Şərqi Türküstan ABŞ-Çin savaşında yeni toqquşma mərkəzinə çevrilir
… Daha bir ölkə qoşununu Əfqanıstandan çıxarır
ABŞ daha bir ölkədən qoşunlarını çıxarır
Əfqanıstan hökuməti ilə “Taliban” barışığa hazırdır
Əfqanıstanın Taliban hökuməti kişilər və qadınların parkları ziyarət etməsi üçün ayrı-ayrı günlər tətbiq edib. Bu barədə “Aamaj News” agentliyi Əxlaqın Təsviri və Nöqsanların Qarşısının Alınması Nazirliyinin qərarına istinadən xəbər verib.
“Qadınlar istirahət və əyləncə yerlərinə bazar, bazar ertəsi və çərşənbə axşamı, kişilər isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri gedə bilər”, - deyə sənəddə bildirilib.
Nazirlik bildirdiyinə görə, əfqan qadınları parklarda başlarını, boyunlarını və saçlarını gizlətmək, “hicab taxmaq qaydasına riayət etməklə əylənə bilər”. Qadınlara “yad adamlarla ünsiyyətdən çəkinmə” əmri verilib.
Kişilərə istirahət günlərində ictimai yerlərə gedərkən hərbi geyimdə olmamaları və silahsız olmaları tövsiyə olunub. Nazirlikdən bildirilib ki, bu qaydaların pozulması halları aşkar edilərsə, istirahət parklarının müdiriyyəti məsuliyyətə cəlb olunacaq.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Taliban martın 26-da avia-şirkətlərə kişilərin müşayiəti olmadan qadınların daxili və beynəlxalq uçuşlara qadağası ilə bağlı məktub göndərib. Daxili mənbələr həmin gün bəzi əfqan qadınların təyyarələrə buraxılmadığını bildirib.
Taliban qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra dəfələrlə qadınların hüquqlarına hörmətlə yanaşacaqlarını bildirsələr də, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb və bu, davam etdirilir. Belə ki, Taliban Əfqanıstanda qadınların idmanla məşğul olmasını qadağa qoyub, onların təhsil almasına yalnız kişilərdən ayrı və yalnız üzlərini və bədənlərini tamamilə örtdükləri təqdirdə icazə verib.
Taliban qadınlara evlərini kişi qohumunun müşayiəti ilə tərk edə biləcəyini, Kabil şəhərinin meri isə qadın bələdiyyə işçilərinə əgər kişi onun işini görə bilirsə evdə qalmağı tövsiyə edib.