vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SƏNƏTÇİ  
18:53 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 2696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Burada qalsa, adı silinəcək»

«Atamın qəbrini Azərbaycana köçürəcəyəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il iyunun 2-də Fransada 83 yaşında vəfat edən xalq rəssamı, dünya şöhrətli Toğrul Nərimanbəyovun nəşini Azərbaycana gətirilməsi yenidən gündəmdədir. Rəssamın qızı Əsmər Nərimanbəyova APA TV-yə deyib ki, Fransa qanunlarına görə, bunun üçün dəfn vaxtından dörd il keçməlidir. Ancaq o, dörd il gözləmək niyyətində olmadığını bildirib, atasının Azərbaycanda dəfn olunması üçün hökumətdən kömək istəyib: «Onun ürəyi, qanı, canı hamısı Azərbaycandandır. Niyə burada olsun. Burada qalsa, adı silinəcək».

Əsmər Nərimanbəyova deyir ki, rəssamın il dönümünə qədər onun adına fond yaratmaq niyyətindədir: «Planlaşdırıram, amma atamın ili keçsin. Fond da olacaq, sərgilər də olacaq. Burda da, Bakıda da təşkil ediləcək. Bu işlərə vaxt lazımdır. Onun işlərini bura gətirmək çətin olduğu üçün hər iki ölkədə təşkil olunacaq».

Keçmiş SSRİ-nin və Azərbaycanın xalq rəssamı, dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun dəfni ilə bağlı bir sıra problemlər yaranıb. Rəssamın ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Toğrul Nərimanbəyov ölümündən bir ay sonra Passi qəbrstanlığında dəfn olunub.