vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:14 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 762 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukrayna Ordusunu qələbəyə aparan adam”

Ruslar ona nifrət edirlər

İbrahim NƏBİOĞLU

Bu adamı yəqin ki, tanımırsınız. Çünki “publik” şəxs deyil. İkinci planda sakitcə öz işini görür.

Generaldır. General epoletlərini də təzəcə taxıb – 2022-də. O, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanıdır. Ali Baş Komandan Zelenski onu bu vəzifəyə keçən ilin iyulunda təyin edib.

Valeriy Zalujnıy (ukr. Валерій Залужний) Ukraynanın Rusiyada hərbi təhsil almamış ilk Baş komandanıdır.

Odessa piyada və Kiyev zenit-raket hərbi məktəblərindən məzundur. 48 yaşı var.

Bir telekanala müsahibəsində “9 mayda Qızıl Meydandakı paradda tank sürmək, tankın üstündə sarı-mavi bayrağımızı dalğalandırmaq istəyirəm” demişdi.

Ruslar ona nifrət edirlər. Qızıl Meydanda tank sürmə xəyalına görə yox. 45 gündür Ordusunu şahlandırdığına görə.

Ruslar ona nifrət edirlər. Məncə, bir də Haluk Bayraktarla noyabr 2021-dəki görüşünə görə. Haluk və Selçuk Bayraktar haqqında heyranlıqla danışdığına görə…

ABŞ-ın “The Politico” dərgisi onu belə adlandırmışdı – “Ukrayna Ordusunu qələbəyə aparan adam”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)