 
                                Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
 23:23 | 26 aprel 2022 | Çərşənbə axşamı
                Məqaləyə 571 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                23:23 | 26 aprel 2022 | Çərşənbə axşamı
                Məqaləyə 571 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
 
                                Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
 
                                Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
 
                                ... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
 
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
 
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
 
                                Budapeşt görüşü sual altında
 
                                Ukrayna ordusunda çinlilər də döyüşür
 
                                Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
 
                                Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
 
                                Putinin Moldova ümidləri puç oldu
 
                                Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
 
                                Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
 
                                Polşa əsgərlərinə Ukraynada PUA təlimi
 
                                Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
 
                                Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreşə deyib ki, o Ukraynadakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir: “Hərbi əməliyyatın davam etməsinə baxmayaraq, biz hələ də ümid edirik ki, diplomatik cığırda razılaşmalara nail ola biləcəyik”.
Putin bunu da qeyd edib ki, Rusiya və Ukrayna danışıqçıları, onun təbirincə deyilərsə, ötən ay İstanbulda keçirdikləri görüşdə “ciddi irəliləyişə” nail olmuşdular.
Putinin sözlərinə görə razılaşmanın əldə olunmasına Rusiya qüvvələrinin Buçada vəhşiliklər törətməsinə dair iddiaların irəli sürülməsi olub.
Putin iddia edib ki, guya həmin görüşdə “bizim ukraynalı həmkarlarımız təhlükəsizlik məsələsini ərazi bütövlüyü kimi məsələlərə bağlamırdılar”.
Putin bu qətllərlə Rusiya ordusunun heç bir əlaqəsinin olmadığını iddia edib. O, Buçada baş verənləri “təxribat” adlandırıb.
***
Xəbər verilir ki, Putin habelə Ukraynanın Mariupol şəhərindəki Azovstal zavodundan dinc sakinlərin evakusasiyasında BMT və Qırmızı Xaçın iştirakına “prinsipcə” razılıq verib.
BMT-nin sözçüsü bildirib ki, bu məsələnin praktik tərəfləri BMT-nin humanitar şöbəsinin əməkdaşları və Rusiya Müdafiə Nazirliyinin rəsmiləri arasında müzakirə olunacaq.
Rusiya bundan əvvəl Mariupoldan dəhliz verdiyini iddia etsə də, adamların mühasirədə olan bu şəhərdən çıxarılması mümkün olmayıb.
Quterreş görüş zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini “qonşu ölkənin ərazi bütövlüyünün kobud şəkildə pozulması” adlandırıb.
Quterreş Putindən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü.
***
BMT bütün səylərini Mariupolda insanların həyatının xilasına yönəltməyə hazırdır. Bunu qurumun başçısı Antonio Quterreş Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra deyib. Quterreş bəyan edib ki, Qırmızı Xaç Komitəsi ilə birlikdə Azovstal ərazisindən humanitar dəhlizin işini təmin etməyə hazırdır. O həmçinin Ukraynada hərbi cinayətlər haqda məlumatların müstəqil araşdırılmasına çağırıb.
Lavrov Ukrayna təmsilçilərini danışıqları vicdanla aparmamaqda, Qərb ölkələrini isə Ukraynaya silah “vurmaqda” ittiham edib. “Bu davam edərsə, danışıqların çətin ki bir nəticəsi olsun. Amma biz danışıqlar yoluyla həllə sadiqik”, – Lavrov deyib.
Nazir daha öncə bildirmişdi ki, sülh sazişinin mahiyyəti hərbi əməliyyatların gedişindən asılı olacaq.
***
Aprelin 26-da Rusiya qüvvələri Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Zatoka rayonundakı Dnestr körfəzi üzərində avtomobil və dəmiryolu körpüsü dağılıb. Körpü nəqliyyatın hərəkəti üçün bağlanıb.
Ukrayna dəmiryolu idarəsi körpüyə ziyan dəydiyini təsdiqləyib, amma dağıntının miqyası bəlli deyil. Xəsarət alanlar barədə də məlumat yoxdur.
Bu körpü strateji əhəmiyyətə malikdir, Odessanın cənub hissəsilə Ukraynanın qalan hissəsini birləşdirir. Onun üzərindən Rumıniyaya, Konstansa limanından yol keçir. Körpünün dağılacağı halda ancaq Moldova ərazisindən quru yolu qalır.
Rusiya ordusu körpünün vurulması faktını təsdiqləməyib.
Son vaxtlar Ukraynada nəqliyyat infrastrukturuna raket zərbələri endirilir. Beş dəmiryolu stansiyasına zərbələr nəticəsində Ukraynada qatarların hərəkət qrafiki pozulub.