vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 may 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
20:00 | 6 may 2022 | Cümə Məqaləyə 578 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səmimiyyət...

Daxilən dəyişmək üçün həyatı dolu-dolu yaşamaq lazımdır

Rasim ƏLİZADƏ

Səmimi insanın var olması üçün gərək insanın yaşadığı cəmiyyət də səmimi ola. Cəmiyyətin səmimi olması isə onların yaşadığı həyat şəraitindən aslıdır. Onlara təklif edilən şərait isə göz qabağındadır. Səmimiyyətsizliyi sistem aşılayır insanlara.

İnsanları dərindən analiz edəndə görürsən ki, çox rahatlıqla və narahat olmadan bir-birlərinə yalan danışırlar. Yalan isə dünyadakı ən böyük cinayətlərdən biridir. Oğurluq! Qarşındakı insanın həqiqəti bilməsini oğurlayırsan, onu həqiqətdən məhrum edirsən.

Amma bir şey də var ki bəzən yalansız bir ömür keçirmək də alınmır, Cem Yılmaz demiş, “yalana ihtiyacın olur söylersin”. Baxır kimə və hansı məqsədlə. Elə yalanlar olur məqsədindən və niyyətindən dolayı yaxşı bir nəticəyə hədəflənir, bu ayrı. Amma elə yalanda olur ki onu həqiqəti gizlətmək, qarşındakını başından etmək üçün istifadə edirsən, bax bu ayrı.

Amma başqa birini aldatmaq, elə özünü aldatmaq kimi bir şeydir, xəyanət etmək kimi.

Bilirsən, insan ən birinci özüylə səmimi olmalıdır, əsas birinci özünü aldatmayasan nəyəsə görə, bu şəxsi münasibətində ola bilər, dost münasibətin də, iş seçimin də. Bax daxilinə gör harada özünü aldatmısan.

İnsanlara eyni gözlə baxmamaq da sonda gətirib səmimiyyətsizliyə çıxaran amillərdən biridir. Türklərdəki bu ifadəni çox sevirəm. “Eşit muamele”.

İndi mən burda sizə demirəm, gedin həyatınızda var olan, tanıdığınız hər kəsə eyni yanaşın amma yaxın münasibətdə olduğunuz insanlara qarşı ən azından bunu nəzərə almalısız amma yenə də özünüz bilərsiniz.

İxtisasca müəlliməm, mənim üçün ən şərəfli və ən müqəddəs peşə müəllimlikdir, çünki işindən asılı olmayaraq hər kəsə elm öyrədən, həyatlarında nələrəsə nail olmağa səbəb olan müəllimlərdir.

Uşaqlarla, şagirdlərlə, tələbələrlə bir başa əlaqə və ünsiyyətdə olan müəllimin belə onlara verəcəyi ən gözəl dərs və hədiyyə müəllimin onlara qarşı səmimi olmağıdır. Əfsus ki, bəzi müəllimlər də şagirdlərinə eyni yanaşmırlar, ayrı-seçkilik edirlər. Məsələ, mənim müəllim olmağım və ya ünvanlı kiməsə yazmağım deyil, heç əlaqəsi də yoxdur, sadəcə bu hallar yaşanır ümumi olaraq bu ölkədəki təhsil sektorunda. Təkcə təhsildə də yox, elə səhiyyədə və ayrı sektorlarda da. Madiyyata görə xəstəsinə laqeyd yanaşan həkim də, hansısa zəif, çatışmayan cəhətinə görə rəğbət görməyən işçinin müdiri də səmimiyyətsizdir.

Maddi imkansızlığa görə qohumları, dostları hətta ailəsi tərəfindən göz ardı edilən insanlar yaşayır bu ölkədə. Bir insanı maddi imkanına görə dəyərləndirmək saxtakarlıqdır, bu gün pulum var hörmətliyəm, sabah yoxdur hörmətsizəm, eləmi? Necə də gülməli..

İçinizi qaraltmaq istəmirəm amma dərinə varanda görürük ki, çox böyük bir səmimiyyətsizliyin içindəyik. Amma bunu dəyişmək də, bizlərdən aslıdır. Fərd olaraq dəyişsək, nəticədə bu fərdlər birləşəcək və cəmiyyət dəyişəcək. Daxilən dəyişmək üçün də tam mənasında həyatı dolu-dolu yaşamaq lazımdır, özünü kəşf etmək, inkişaf etdirmək.

Bir ikisin deyim, məsələn sevmədiyin insanlarla arana məsafə qoy, bu tam haqqındır və kimləsə münasibət saxlamağa özünü məcbur hiss etmə, heç məcbur da deyilsən əvvəldən belə etməli idin amma daha neynəyək ilişib qalmısan.

İkinci də, sevmədiyin heç bir işlə məşğul olma. Çünki həyat yoldaşından sonra ən önəmli seçim iş seçimindir. Çünki iş elə bir şeydir ki, gün ərzində 12 saat işləyərsən qəti yorulmarsan və vaxtın necə keçdiyini anlamarsan və ya tam tərsi 1 saat işləyib çox darıxarsan, həyatdan şikayətlənib, üstəlik Tanrıya da sifət göstərirsən.

Yəni deməyim odur ki, həyatınızın hər bir sahəsində sevəcəyiniz insanlar, işlər olsun, elə olmayanda yenə sonda səmimiyyətsizliklə baş-başa qalacaqsınız. Bir yerdə şikayətlənmə və eyni anda ona dözüb onla yaşama istəyi insandan səmimiyyəti alır.

Hətta daxilində Tanrıyla olan rabitəndə belə səmimi olmalısan, yoxsa çətin olacaq hər şey sənin üçün, çünki insanlar var mənəvi yaşantısına baxmayaraq həyatından məmnun deyil.

Səmimi olmayan həyat sənə ləzzətsiz, sıxıcı günlər bəxş edəcək. Düşüncəni poztivə çevir və səmimiyyət qat həyatına.

İnan ki, səmimi oldun və elə yaşadınsa həyatda hər şey sənə zövq verəcək.

Səmimiyyətlə qalın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.